Icma.az
close
up
RU
“Dövlətin diqqəti və dəstəyi xalq üçün əminlik, sabaha olan inam deməkdir” SORĞU

“Dövlətin diqqəti və dəstəyi xalq üçün əminlik, sabaha olan inam deməkdir” SORĞU

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Prezidentinin imzaladığı yeni fərmanla sosial müavinətlər, təqaüdlər və fəxri adlara görə verilən aylıq ödənişlər əhəmiyyətli dərəcədə artırılıb. Bu addım ölkədə sosial müdafiəyə ehtiyacı olan əhali qruplarının rifahını yaxşılaşdırmaq və onların həyat keyfiyyətini artırmaq məqsədi daşıyır. Söhbət əlilliyi olan şəxslərdən, şəhid ailələrindən, çoxuşaqlı analardan, aztəminatlı ailələrdən, tələbələrdən və müxtəlif kateqoriyalı təqaüdçülərdən gedir.

Fərmanda diqqət çəkən məqamlardan biri də fəxri adlara görə ödənilən məbləğlərin artırılmasıdır. Bu, həm sosial yönümlü siyasətin davamı, həm də mədəniyyət, incəsənət, elm və səhiyyə sahələrində çalışan şəxslərin əməyinə verilən dəyərin göstəricisidir.

Bütün bu dəyişikliklər 2025-ci il iyulun 1-dən etibarən qüvvəyə minir. Əsas məqsəd – sosial ədaləti təmin etmək, cəmiyyətin həssas təbəqələrinin sosial müdafiəsini gücləndirmək və iqtisadi imkanlardan xalqın rifahı naminə səmərəli istifadə etməkdir. Bu da göstərir ki, ölkədə sosial siyasət yalnız rəqəmlərlə deyil, insanların gündəlik həyatına birbaşa təsir edən real dəyişiklərlə həyata keçirilir.

SİA mövzu ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvlərinin fikirlərini öyrənib.

Deputat Elşad Musayev: “Məlum olduğu kimi, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən sosial müavinətlərin, Prezident təqaüdlərinin və digər əlavə təqaüdlərin məbləğinin artırılması ilə bağlı bir sıra sərəncamlar və fərmanlar imzalanıb. Bu fərmanlarla sosial müavinətlərin məbləğlərinin artırılması nəzərdə tutulur və sentyabr ayının 1-dən etibarən qüvvəyə minəcək.

Fərmana əsasən, müxtəlif sahələr üzrə artımlar nəzərdə tutulub. Orqanizmin funksiyasını tam və ya 80-100% itirmiş şəxslərə 300 manat məbləğində müavinət müəyyən edilib. 61-80% funksional pozuntu olan şəxslər üçün bu məbləğ 250 manat, 31-60% funksional pozuntu olanlar üçün isə 180 manat olaraq təyin edilib. Ailənin başçısını itirmiş şəxslərə 140 manat, müddətli hərbi xidmətdə həlak olmuş şəxslərin övladlarına da 140 manat məbləğində müavinət təyin olunacaq.

Beş və daha çox uşağı olan qadınlara hər uşaq üçün 140 manat, uşağın anadan olmasına görə bir dəfəlik 600 manat, doğuşla bağlı təzminat da 600 manat təşkil edəcək. Bundan əlavə, Prezident təqaüdləri də artırılıb. Vətən müharibəsi qəhrəmanlarına 2200 manat, “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülən şəxslərə isə 2000 manat məbləğində təqaüd müəyyən olunub. Şəhid ailələrinə və 20 Yanvar şəhid ailələrinə 700 manat təqaüd veriləcək.

Bütün bu tədbirlər və artımlar bir daha göstərir ki, sosial müdafiəyə ehtiyacı olan əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində davamlı və məqsədyönlü addımlar atılır. Cənab Prezident dəfələrlə qeyd edib ki, bu sahədəki siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ehtiyaclı ailələrə, şəhid ailələrinə, əlillərə və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə göstərilən bu diqqət ölkəmizin iqtisadi imkanları artdıqca daha da genişlənəcək. Bu fərman da məhz həmin siyasətin davamı kimi, çox əhəmiyyətli və vaxtında atılmış addımdır”.

Deputat Jalə Əliyeva: “Bu yaxınlarda Prezident İlham Əliyev tərəfindən imzalanmış yeni fərman, ölkədə sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara göstərilən diqqət və qayğının daha bir real təzahürüdür. Fərman sosial müavinətlərin, təqaüdlərin və müxtəlif fəxri adlara görə verilən aylıq ödənişlərin artırılmasını nəzərdə tutur. Bu artım birbaşa minlərlə insanı əhatə edir – o cümlədən əlilliyi olan şəxsləri, şəhid ailələrini, çoxuşaqlı anaları, veteranları və sosial cəhətdən həssas qrupları.

Bu addım təkcə iqtisadi qərar deyil, həm də böyük mənəvi məna daşıyır. Xüsusilə bu fərmanın Azərbaycanın müasir tarixində mühüm yer tutan bir tarix – 15 İyun Milli Qurtuluş Günü ərəfəsində imzalanması təsadüfi deyil. Çünki həmin gün ölkənin taleyində dönüş nöqtəsi olub – sabitlik, inkişaf və sosial ədalət yolunun əsasını qoyub. İndi isə bu fərmanla Prezident bir daha göstərdi ki, həmin siyasət davamlıdır, insan amili hər zaman ön plandadır.

Bu gün Azərbaycan artıq zəfər çalmış, öz ayaqları üzərində dayanan və gələcəyə doğru inamla irəliləyən bir dövlətdir. Dövlət başçısının dediyi kimi, xalqımız ən yaxşı həyat şərtlərinə və rifaha layiqdir. Yeni fərman da məhz bu prinsiplərə əsaslanır – vətəndaşların rifahının yaxşılaşdırılması, sosial ədalətin gücləndirilməsi və insan kapitalına dəstəyin davam etdirilməsi.

Bu baxımdan, imzalanan sənədi həm iqtisadi inkişafın göstəricisi, həm də sosial dövlət modelinin tərkib hissəsi kimi dəyərləndirmək olar. Dövlətin diqqəti və dəstəyi – xalq üçün əminlik, sabaha olan inam deməkdir”.

Ayşən Vəli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 İyun 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nazir: Xızı Abşeron KES yaxın vaxtlarda istismara hazır olacaq

31 Oktyabr 2025 15:06see239

Məktəblilər qırmızıdan keçən “Renault”la toqquşmaqdan son anda xilas oldular VİDEO

01 Noyabr 2025 00:15see182

Mayonezlə bağlı şok araşdırma Sağlamlığa ciddi təhlükə imiş...

31 Oktyabr 2025 05:06see167

Anar Əliyev Naxçıvanda vətəndaş qəbulu keçirib

31 Oktyabr 2025 14:03see151

Payız turizmi üçün ən yaxşı şəhərlərin adları açıqlanıb...

31 Oktyabr 2025 21:06see150

Teva xərçəng riski ilə əlaqədar olaraq təzyiq dərmanını geri çağırır

31 Oktyabr 2025 14:32see146

Gömrük Komitəsinin vəzifəli şəxsi sahibkara qarşı qanunsuzluq edir? ŞİKAYƏT

01 Noyabr 2025 13:32see139

Şabran sakinləri təhlükəli vəziyyətlə üz üzə qaldılar

31 Oktyabr 2025 01:36see139

Lukoyl Azərbaycandakı aktivlərini Putinin oliqarx dostuna satmaq istəyir

31 Oktyabr 2025 01:19see136

Cabir İmanovun çəkildiyi reklamlar niyə hələ də yığışdırılmır? Şirkətdən AÇIQLAMA

31 Oktyabr 2025 14:15see131

Makron: Konqoya 1,5 milyard avro yardım ayrılacaq

31 Oktyabr 2025 02:05see129

Beyninizin hansı yarımkürəsi dominantdır? Özünüzü sınayın

01 Noyabr 2025 07:07see127

Qərbi Azərbaycan Xronikası: Ermənilər dedilər ki, getməlisiniz, bura bizimdir

31 Oktyabr 2025 22:26see126

Karib dənizində güclü qasırğa Melissa iki ölkədə 68 nəfərin canını aldı, itkin düşənlər var

31 Oktyabr 2025 15:27see125

Tələbələr universiteti məhkəməyə şikayət edə bilər?

01 Noyabr 2025 00:14see125

“Mançester Siti” ilin sonunadək Rodriylə müqaviləni uzatmağı düşünür

31 Oktyabr 2025 03:12see125

Livan İsraillə müharibəni dayandırmağa hazır olduğunu açıqladı

31 Oktyabr 2025 16:15see124

Yeni sərmayə institutu...

01 Noyabr 2025 10:39see123

Ağ Evin Halloueen bayramı: McDonald s uşaq restoranı interneti sevindirir…

31 Oktyabr 2025 21:35see121

Rusiyada barmağı keyiyən qadında nadir xəstəlik aşkarlandı

01 Noyabr 2025 07:03see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri