Icma.az
close
up
RU
Dövlətin idman siyasətinə az qala xəyanət edirlər İdman Günündə doğum gününü qeyd edən Ramil Məmmədzadə

Dövlətin idman siyasətinə az qala xəyanət edirlər İdman Günündə doğum gününü qeyd edən Ramil Məmmədzadə

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Bu gün Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür. Hələ keçmiş SSRİ dönəmində Azərbaycanda idmana böyük maraq olub. Ölkənin demək olar ki, hər yerində idmanın müxtəlif növləri ilə bağlı məktəblər, klublar yaradılıb. Müstəqillik illərində isə idman sahəsində müəyyən axsamalar olsa da, sonradan bu sahənin inkişafına ciddi önəm verilib. 

Fanat.Az Bədən Tərbiyəsi və İdman Günündə boks üzrə məşqçi, idman ustası Ramil Məmmədzadə ilə Azərbaycanın idmanının bu günü haqqında söhbətləşib.

- Ramil bəy, bu gün Azərbaycanda idman sahəsində vəziyyəti ümumi olaraq necə qiymətləndirmək olar?
- Əvvəla, onu qeyd edim ki, Azərbaycan Prezidenti İlham Əliyevin idman sahəsinə diqqət və qayğısı nəticəsində bu sahə özünün yüksək inkişaf dövrünə qədəm qoyub. Məhz İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın adı beynəlxalq yarışlarda yüksək tribunalardan daha çox eşidilməyə başlanıb. Doğrudur, Azərbaycan idmana hər zaman böyük diqqət olub. Amma etiraf edilməlidir ki, Prezident İlham Əliyevin bu sahəyə daha ciddi yanaşması idmanın inkişafında mühüm rol oynayıb. 

- Hazırda idman sahəsində hansısa nöqsanlar görürsünüzmü?
- Təbii ki, iş olan yerdə nöqsan da olur. Amma bütövlükdə Azərbaycan idmanı haqqında tənqidi danışa bilmərəm. İdmanın müxtəlif növləri var və əgər bütövlükdə idmandakı nöqsanlardan danışacağıqsa, o zaman gərək digər növlər barədə də bilgili olasan. Bilmədən danışmaq əlbəttə ki, doğru olmaz. Mən boksçuyam, boks üzrə məşqçiyəm və yalnız bu barədə danışa bilmərəm. 

- O zaman sualı belə qoyaq: Azərbaycan boksunda hansı nöqsanlar var?
- Əvvəla, onu deyim ki, Azərbaycan boksu keşməkeşli bir tarix yaşayıb. Boksun tənəzzül və inkişaf dövrü olub. Maliyyə naziri Sahil Babayev Azərbaycan Boks Federasiyasının prezidenti seçildikdən sonra irəliyə doğru müəyyən addımlar atılıb. Boks üçün zallar açılıb, boksa marağı olanların sayı artıb. Amma təbii ki, nöqsanlar da var.

- Söhbət hansı nöqsanlardan gedir?
- Nöqsanlar müəyyən şəxslərin özfəaliyyətindən doğur. Yəni, bu nöqsanlara görə yalnız Azərbaycan Boks Federasiyasının rəhbərliyini tənqid etmək doğru deyil. Bu sahədə müəyyən şəxslər var ki, sanki Azərbaycanda boksun inkişafını istəmir. Yaxşı boksçular müxtəlif üsullarla ruhdan salınır, məşqçilər uzaqlaşdırılır və sair.

- Bəlkə bir qədər konkret və açıq danışasınız...
- Məsələn, bu yaxınlarda gənclər arasında Azərbaycan çempionatı keçirildi. Yəqin ki, mətbuatdan da izlədiniz narazılıqları. Haqsız qələbələr, qələbəyə layiq boksçuların uduzdurulması və s. barədə çox danışıldı. İstənilən idman növündə bir idmançının qələbəsinin oğurlanması onun üçün dəhşətli bir hadisədir. Bu idmançının prisxoloji olaraq sarsıdılmasıdır. Belə bir idmançı əlbəttə yüksək nailiyyətlər verə bilməz. Digər tərəfdən, idmançı, xüsusilə boksçu robot deyil. Onlara məşqi az qala hərbi xidmət qaydaları ilə keçmək olmaz. Boksçu müəyyən mənada sərbəst olmalıdır. Boksçunun daxili azadlığı qorunmalıdır. Məhz bu halda boksçunun özgüvəni yerində olur. Özgüvəni olmayan, qulağı komanda eşitməyə hazır olan boksçu yüksək nəticə göstərə bilməz. Digər tərəfdən, boksa, ümumiyyətlə, idmana qazanc yeri kimi baxmaq, yarışa pul qazanmaq üçün çıxmaq doğru deyil. İdman yarışları yalnız pul üçün keçirilmir. İdman yarışları həm də hər hansı bir idmançının məşğul olduğu idman növünün gözəlliklərini nümayiş etdirmək üçündür. Məsələnin bu tərəfi daha əhəmiyyətlidir. 
Dövlətin idman siyasətində yaxşı idmançılara, məşqçilərə böyük diqqət yetirilir. Amma bu gün müəyyən adamlar dövlətin idman siyasətinə az qala xəyanət edirlər.

- Bayaq məşqçilərin müəyyən üsullarla boksdan uzaqlaşdırılmasını qeyd etdiniz...
- Burada söhbət daha doğrusu laqeydlikdən gedir. Məsələn, özümlə bağlı deyim. Mən öz vəsaitim hesabıma məşqlər keçirəm. Yəni, məşqlər özəl zalda olur. Şəhid övladı olduğum üçün şəhid övladlarından pul almıram. Həmçinin imkanı olmayan, amma yaxşı boksçu ola biləcək uşaqlara da güzəştlər edirəm. Minbir çətinliklə Azərbaycan boksu üçün nələrsə etməyə çalışıram. Bir neçə dəfə zal üçün müraciət etmişəm. Düşündüm ki, heç olmasa icarə pulundan necə deyərlər, canım qurtarsın. Amma nəticə yoxdur. Hətta bununla bağlı Gənclər və İdman Nazirliyinə də müraciət etmişəm. 

- Nazirlik heç bir reaksiya verməyib?
- Zəng elədirlər, federasiya ilə danışacaqlarını bildirdilər. Amma hələ ki, nəticə yoxdur. 

- Ramil müəllim, bu gün sizin üçün ikiqat bayramdır. Həm Bədən Tərbiyəsi və İdman Günüdür, həm də doğum gününüzdür. 37 yaşınız olur, bir boksçu üçün qocalığın başladığını söyləmək olarmı?
- Məşqçi kimi əlbəttə yox. Amma təbii ki, rinq üçün bir qədər qocalmışıq. Doğrudur, məndən də yaşlı boksçular var ki, rinqdə döyüşürlər. Amma mən hesab edirəm ki, hazırda məşqçi kimi fəaliyyət göstərməyim daha uyğundur. Təbii ki, imkan versələr...

Nihat

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://fanat.az
archiveBu xəbər 05 Mart 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see171

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see166

Avropa Kuboku: Azərbaycan millisi Polşa ilə qarşılaşacaq

07 Sentyabr 2025 09:53see156

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see139

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see136

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see131

Castinin albomu yayımlandı

06 Sentyabr 2025 20:49see131

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see129

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see128

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see128

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see128

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see127

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see126

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see126

Zinəddin Zidan Fənərbağça nın təklifini dinləmək qərarına gəldi İDDİA

06 Sentyabr 2025 12:18see124

Ən çox ağlayan körpələr bu aylarda doğulur

06 Sentyabr 2025 23:36see124

Deputat: Azərbaycan Çin strateji əməkdaşlığı qlobal sabitliyə, inkişafa xidmət edir

06 Sentyabr 2025 20:48see123

Melis Sezen Venesiya Film Festivalında

06 Sentyabr 2025 23:35see123

Avstriya Kipr oyununda sirli qara dəlik olayı

07 Sentyabr 2025 01:43see121

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri