Icma.az
close
up
RU
Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi nəzəri və praktiki problemləri müzakirə ediləcək

Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi nəzəri və praktiki problemləri müzakirə ediləcək

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 1 oktyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında “Konstitusiya və Suverenlik İli” və Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş “Dövlətin kibersuverenliyinin təmin olunmasının aktual elmi-nəzəri və praktiki problemləri” mövzusunda elmi sessiyanın keçirilməsi məsələsi müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildiyini xatırladıb. Alim ölkəmizdə dövlət siyasətinin əsas prioritetlərindən biri kimi informasiya-kommunikasiya texnologiyalarının cəmiyyətin bütün sferalarında geniş şəkildə tətbiqinin yeni reallıqlar, imkanlar, perspektivlər, həmçinin çox ciddi risklər və təhlükələr yaratdığını diqqətə çatdırıb.

Akademik R.Əliquliyev vurğulayıb ki, ölkədə fəaliyyət göstərən bütün qurumlar, o cümlədən elmi müəssisə və təşkilatlar “Konstitusiya və Suverenlik İli”nə öz fəaliyyət istiqamətləri üzrə töhfə verirlər. Alimin sözlərinə görə, İnformasiya Texnologiyaları İnstitutu da həmin Sərəncamdan irəli gələn vəzifələrin icrası prosesində fəal iştirak edərək, müvafiq istiqamətdə tədbirlər həyata keçirir. İnstitutda kibersuverenliyin müxtəlif aspektləri ilə bağlı elmi tədqiqatlara xüsusi diqqət yetirilir, Elm və Təhsil Nazirliyi tərəfindən bu araşdırmalara dəstək göstərilir.

AMEA-nın vitse-prezidenti kibersuverenliklə bağlı aparılan tədqiqatların nəticələrinin müzakirəsi məqsədilə bu ilin noyabr ayının sonunda institutda “Dövlətin kibersuverenliyinin təmin olunmasının aktual elmi-nəzəri və praktiki problemləri” mövzusunda elmi sessiyanın keçirilməsinin nəzərdə tutulduğunu bildirib, tədbirə hazırlıqla bağlı tapşırıqlar verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Oktyabr 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see167

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see134

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see132

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri