Icma.az
close
up
RU
Dövlətin və cəmiyyətin vahid amalı davamlı sülh!

Dövlətin və cəmiyyətin vahid amalı davamlı sülh!

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu günlərdə Qərbi Azərbaycan İcmasının (QAİ) təşəbbüsü və təşkilatçılığı ilə  “Davamlı sülh və qaçqınların qayıdış hüququ: beynəlxalq hüququn rolu” mövzusunda beynəlxalq onlayn-hibrid konfrans keçirilib. Tədbirdə müxtəlif ölkələrdən siyasətçilər, hüquqşünaslar, akademiklər və beynəlxalq ekspertlər iştirak ediblər.

Bu barədə “Yeni Azərbaycan”a Qərbi Azərbaycan İcmasından (QAİ) məlumat verilib. Konfransın açılış mərasimində moderator qismində çıxış edən Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı davamlı sülhün təmin olunmasında beynəlxalq hüququn rolunu vurğulayıb. Ardınca hüquqşünas, Bakı Dövlət Universitetinin professoru, Qərbi Azərbaycan İcmasının Hüquq Komissiyasının sədri Zahid Cəfərov mövzunun hüquqi aspektlərini geniş şəkildə təhlil edib. Daha sonra deputat, Milli Məclisin Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev qaçqınların qayıdış hüququnun beynəlxalq müstəvidə aktuallığını diqqətə çatdırıb.

Azərbaycanın dünyada təqdir olunan sülh gündəliyi

QAİ-nin təşəbbüsü və təşkilatçılığı ilə baş tutan beynəlxalq konfransda sülh mövzusuna diqqət çəkilməsi təsadüfi deyi. Bu mövzu hazırda dünya üçün heç vaxt olmadığı qədər aktualdır. Bu da onunla bağlıdır ki, soyuq müharibə dönəmindən sonra ayrı-ayrı regionlarda dağıdıcı müharibələr başlayıb və hazırda da davam etməkdədir.

Belə bir şəraitdə otuz il ərzində təcəvüzkarlıq siyasətinə məruz qalmış Azərbaycanın sülh siyasətinə sadiqlik nümayiş etdirməsi dünya üçün bir nümunədir. Müzəəffər Ordumuz 44 bgünlük müharibəni və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatını şanlı zəfərlərlə yekublaşdırıb və özünün ərazi bütövlüyünü, suverenliyini hərbi-siyasi yolla təmin edib. Dünya tarixindən bəllidir ki, müharibələrin qalib tərərfi olan dövlətlər  danışıqlar masası qurulanda şərtlər diqtə edir. Azərbaycan isə qalib statusuna rəğmən, məğlub Ermənistanla sülh quruculuğuna heç bir ilkin şərt irəli sürmədən başladı. Daha dəqiq desək, müharibə başa çatandan sonra qarşı tərəfə beş bənddən ibarət sülh paketi göndərməklə bu prosesin təşəbbüskarı qismində çıxış etdi. Respublikamızın başlatdığı və ötən il avqustun 8-də Vaşinqtonda baş tutan Zirvə görüşünədək irəli apardığı sülhyaratma prosesi sırf beynəlxalq hüquqa əsaslanır. Vaşinqtonda əldə olunan razılaşmalar isə bir daha təsdiqlədi ki, dünya Azərbaycanın sülh gündəliyini təqdir edir. Vaşinqton görüşündən sonra tərəflər arasında etimad quruculuğuna start verilib.  Artıq region heç vaxt olmadığı qədər sülhə yaxıdır. Azərbaycanın davamlı olaraq beynəlxalq hüquqa əsaslanması sülh quruculuğu prosesinə güclü impuls verir. İndiki şəraitdə ölkəmizin təcrübəsi digər münaqişələrin həllində də bir nümunə kimi götürülə bilər.

Konfrans çərçivəsində keçirilən I panel “Davamlı sülh və qaçqınların geri qayıdış hüququ: beynəlxalq hüququn rolu” mövzusuna həsr olunub. Panelə Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyev moderatorluq edib. Paneldə ATƏT Parlament Assambleyasının Prezidenti (2017-2020), Gürcüstan Parlamentinin üzvü George Tsereteli, Avropa Parlamentinin üzvü, Xarici İşlər Komitəsinin və İnsan Hüquqları üzrə Altkomitənin üzvü, ATƏT Parlament Assambleyasının Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər üzrə Ümumi Komitəsinin sabiq sədri Naço Sançes Amor, Madrid Universitetinin professoru, Pan-Avropa İspaniyası - Beynəlxalq Pan-Avropa Birliyinin Baş katibi Karlos Uriarte Sançez və Milli Məclisin Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev əsas məruzələrlə çıxış ediblər.

Soydaşlarımızın geri qayıtmaq hüququ insan haqları məsələsidir

Konfransda “Kollektiv qayıdış və beynəlxalq hüquqda normativ boşluq” mövzusu ətrafında da geniş müzakirələr aparılıb. Panelin moderatoru Şimali Karolina-Qrinsboro Universitetinin Sülh və Münaqişə Tədqiqatları Departamentinin həmsədri professor Əli Kaan Əsgər olub. Paneldə Giresun Universitetinin professoru, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Yalçın Sarıkaya, ABŞ-ın Tennessi Texnologiya Universitetinin professoru Maykl Qanter, “Eurasiaticanews”un təsisçisi və direktoru, Milanda İtaliya-Azərbaycan Assosiasiyasının vitse-prezidenti Karlo Marino, tanınmış jurnalist və geopolitika üzrə şərhçi, “Tovuzdan Qarabağa: Cənubi Qafqazda müharibənin hərtərəfli təhlili” kitabının müəllifi Malik Əyyub Sumbal çıxış ediblər.

Tarixən indiki Ermənistan ərazisindən zorla çıxarılan azərbaycanlıların  yurd yerlərinə qayıtmaq istəkləri də beynəlxalq hüquqa əsaslanır. Kollektiv qayıtmaq hüququ bir neçə beynəlxalq konvensiya ilə tanınır. Qərbi Azərbaycan İcması ötən yüzillikdə dəhşətli deportasiyalar nəticəsində yurd yerlərindən qovulan soydaşlarımızdan formalaşıb. Təəssüf doğuran haldır ki, Ermənistandakı bəzi qüvvələr soydaşlarımızın qayıdış hüququnu yanlış baxış bucağından dəyərləndirirlər. Guya biz bununla Ermənistana qarşı ərazi iddiaları sərgiləyirik. Halbuki Azərbaycanın hansısa bir qonşu dövlətə qarşı ərazi iddiaları yoxdur. Soydaşlarımızın geri qaydış hüququ isə sırf insan haqları məsələsidir.

Mübariz FEYİZLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 May 2026 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri