Icma.az
close
up
RU
Seçkidən sonra nə olacağı bəlli deyil: “Paşinyan sülh tərəfdarıdırsa...”

Seçkidən sonra nə olacağı bəlli deyil: “Paşinyan sülh tərəfdarıdırsa...”

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

“Azərbaycan Dəmir Yolları Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi üçün layihələndirmə işlərini başa çatdırıb”. 

Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Arif Ağayev deyib. O bildirib ki, hazırda olduğumuz məntəqədə – Ermənistanla sərhəddə, Ordubad rayonunun Salamməlik stansiyası ərazisində tikinti işlərinə start verilib: 

"Tikinti işləri 188 km-lik dəmiryol xəttini əhatə edir. Məqsəd müasir tələblərə cavab verən yeni dəmiryolu şəbəkəsinin qurulmasıdır. Əsaslı təmir işləri başa çatdıqdan sonra dəmir yolunun illik yükötürmə qabiliyyəti 15 milyon ton təşkil edəcək. 

Bildiyiniz kimi, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda cənab Prezident növbəti tarixi zəfərə imza ataraq “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) açılmasına dair razılaşmanın imzalanmasına nail olub. 

Bu razılaşma çərçivəsində dəhliz boyunca dəmir yolu əlaqəsi bərpa olunacaq. Zəngəzur dəhlizi Orta dəhlizin mühüm tərkib hissəsi kimi Avropa və Asiya arasında yükdaşımalarda mühüm marşrut kimi qiymətləndirilir. Bu dəhliz həm də Şimal-Cənub dəhlizinin əsas halqalarından birini təşkil edəcək". 

Göründüyü kimi, Azərbaycan öz öhdəliklərini mərhələli şəkildə yerinə yetirir. Bəs Ermənistan öz üzərinə düşən vəzifələrin icrası üçün addımları nə zaman atacaq? 

“Cebheinfo.az”-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, regional kommunikasiyaların açılması sülhə gedən yolun əsas komponentlərindən biridir. O qeyd edib ki, hazırda postmüharibə mərhələsinə qədəm qoymuşuq: 

“2025-ci il avqustun 8-dən sonra Ermənistan və Azərbaycan Xarici İşlər nazirlikləri arasında paraflanan sənəd regional inteqrasiyanın təmin olunması üçün əsas yaradır. Azərbaycan bu istiqamətdə çox qətiyyətli addımlar atmaqdadır. 

Artıq Horadiz-Ağbənd dəmir yolu və avtomobil nəqliyyat infrastrukturu inşa edilərək tamamlanıb. Hazırda isə Naxçıvan ərazisindən Ermənistan sərhədinədək olan 188 kilometrlik Naxçıvan dəmir yollarının bərpası və yenidən qurulması işləri həyata keçirilir”. 

Hikmət Babaoğlu Ermənistanın regional inteqrasiyada və sülh prosesindəki gecikmələrini tənqid edib: 

“Çox təəssüf ki, Ermənistan bir tərəfdən sülhdən və regional inteqrasiyanın bərpa olunmasından danışır. Başqa bir tərəfdən isə bu inteqarsiya və kommunikasiyaların əsas həlqəsinə çevriləcək olan 42 km-lik Zəngəzur dəhlizində hər hansı real iş görmür. Bu, bir neçə amillə əlaqələndirilə bilər. Birincisi, Ermənistanda hələ də sülhün əldə olunması ilə bağlı qənaət tam formalaşmayıb. 

İkincisi, Ermənistan liderləri qəti qərar vermək üçün kifayət qədər cəsarət nümayiş elətdirə bilmirlər. Üçüncüsü daha münbit şərtlər formalaşsın deyə 2026-cı ildə keçiriləcək seçkilərin nəticələrinin gözləyirlər. Mənə elə gəlir ki, bu üç mümkün səbəbin içərisində ən realı seçkilərin keçirilməsidir”. 

Deputatın sözlərinə görə, seçkidən sonra formalaşacaq yeni hakimiyyət artıq istəsə də, istəməsə də bununla bağlı qərar vermək məcburiyyətində qalacaq: 

“Buna görə də hazırkı hakimiyyət parafladığı sənəddə üzərinə götürdüyü öhdəlikləri dərhal yerinə yetirməklə bağlı addımlar atmalıdır. Əks təqdirdə, seçkilərin nəticəsi və prosesin necə sonlanacağı bəlli deyil. Məncə, Paşinyan doğrudan da sülh tərəfdarıdırsa, o zaman mümkün addımları dərhal atmalıdır”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: Paşinyan seçki Hikmət Babaoğlu

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Dekabr 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri