Icma.az
close
up
RU
Döymə ilə bağlı qorxunc xəbərdarlıq Risklər açıqlandı

Döymə ilə bağlı qorxunc xəbərdarlıq Risklər açıqlandı

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Alimlər tatu (döymə) mürəkkəbinə məruz qalan şəxslərin limfa və dəri xərçənginə tutulma ehtimalının döyməsi olmayan insanlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər.

Yenisabah.az "Science Daily"-ə istinadən xəbər verir ki, Cənubi Danimarka Universiteti və Finlandiyanın Helsinkidəki Universitetinin alimləri döymə mürəkkəbinin insan orqanizmində yaratdığı təsirləri araşdırmaq üçün 5900 əkiz bacı-qardaşın sağlamlıq göstəricilərini təhlil ediblər.

Araşdırma nəticəsində döymə etdirən insanların dəri xərçənginə tutulma riskinin döyməsi olmayan insanlara nisbətən 1,62 dəfə yüksək olduğu müəyyən edilib.

Mütəxəssislər döymənin böyüklüyü ilə xərçəng riski arasındakı əlaqəni də araşdırıblar. Nəticələrə görə, ovucların ölçüsündən daha böyük döymələri olan şəxslərdə dəri xərçənginə tutulma ehtimalı 2,37 dəfə, limfa xərçəngi riski isə 2,73 dəfə yüksəkdir.

Tədqiqat zamanı döymə mürəkkəbinin rənginin xərçəngin inkişafı ilə birbaşa əlaqəsinin olmadığı müəyyən edilib.

Alimlər bildirirlər ki, döymə mürəkkəbinin tərkibindəki xırda hissəciklər qan dövranına keçərək limfa düyünlərində toplanır və uzun müddət orqanizmin immun sisteminə yük salaraq xərçəng riskini artırır.

Bununla belə, tədqiqatçılar döymə mürəkkəbinin xərçəng üçün müstəqil risk faktoru olub-olmadığını dəqiq müəyyənləşdirmək üçün daha geniş araşdırmalar aparılmasına ehtiyac olduğunu vurğulayırlar. Alimlər, eyni zamanda, məsələ ilə bağlı nəzarət tədbirlərinin gücləndirilməsi üçün müvafiq qurumlara çağırış ediblər.

Araşdırmanın nəticələri “BMC Public Health” jurnalında dərc olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://news24.az
archiveBu xəbər 05 Mart 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri