Icma.az
close
up
RU
Döyülməyi özünə yaraşdırmadı, cinayət törətdi Şamaxıdakı hadisənin detalları

Döyülməyi özünə yaraşdırmadı, cinayət törətdi Şamaxıdakı hadisənin detalları

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Şamaxı rayonunda 1981-ci il təvəllüdlü Zaur Osmanov həmyerlisi 53 yaşlı Vüqar Alıyev öldürüb, onun qardaşı 42 yaşlı Məqatil Alıyevi yaralayıb. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, qətl ötən ilin yanvarın 1-də baş verib. Zaur həmin gün saat 18 radələrində Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində Vüqar və Məqatil ilə aralarında mübahisə baş verib.
Mübahisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri aldıqdan sonra yaşadığı evə qayıdan Zaur iki qardaşın ona qarşı etdikləri hərəkətlərə əsəbiləşib. O, evdən bıçaq götürüb və həmin gün saat 20 radələrində Alıyevlərin olduqları Şamaxı şəhəri, Abbas Səhhət küçəsi, 9 saylı evin qarşısına gəlib. Zaur evin küçə qapısını döyərək onları çölə çağırıb. Vüqar və Məqatil qardaşları küçəyə çıxdıqdan sonra onlardan nə üçün onu döymələrinin səbəbini soruşub. Bu zaman Məqatil ona bir kəllə zərbəsi vurub. Həmin vaxt Vüqarın da üzərinə gəldiyini görən Zaur üzərində gəzdirdiyi bıçaqla onun döş qəfəsinə zərbə yetirib. Vüqar aldığı xəsarətdən ölüb. 
Hadisəni törədən Zaurun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Zaur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, hadisə gün, gecə saatlarında Rusiya Federasiyasından Şamaxı şəhərinə gəlib: “Həmin gün, günorta saatlarında nahar yeməyi yeyən zaman yaşadığım evdə tək olaraq Moskva şəhərindən gətirdiyim araqdan təxminən 700 qram içdim. Saat təxminən 18 radələrində atama məxsus “Ford Fusion" markalı maşınla yaşadığım evə qayıdan zaman yolda Vüqar və Məqatilin avtomobilin içərisində oturduqlarını gördüm. Avtomobili saxlayaraq yerə düşdüm, onlarla görüşdüm. Onlardan hara getdiklərini soruşdum. Vüqar mağazadan pivə və siqaret almağa getdiklərini, daha sonra isə havasını dəyişmək üçün yuxarıya gedəcəklərini söylədi. Vüqarın havasını dəyişmək üçün yuxarıya gedəcəklərini deməsindən onun narkotik vasitə qəbul etmək üçün getməsini başa düşdüm. Mən də narkotik vasitə qəbul etmək istədiyimdən onlara məni də özləri ilə aparmalarını, avtomobili evimizin yanında saxlayacağımı, məni oradan götürmələrini xahiş etdim”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra atasına məxsus avtomobillə evlərinin qarşısına gəlib və orada maşını saxladıqdan sonra Məqatilin idarə etdiyi avtomobildə arxa oturacaqda oturmaq istəyib: “Lakin Vüqar ön sərnişin oturacağından yerə düşdü, arxa oturacaqda oturdu. Nə qədər çalışsam da, Vüqar ön oturacaqda oturmadı. Vüqar buna razı olmadığından məcbur qabaq oturacaqda otudum. “Favorit” marketdən özümə və Məqatilə 1 ədəd bizon energetik içkisi, Vüqara isə 1 ədəd 500 qramlıq pivə aldım. Aldığım pivəni Vüqar bəyənmədiyi üçün pivəni Şəhid Şahinin heykəlinin yanında yerləşən Təbriz adlı şəxsin mağazasında dəyişdi. Vüqar istədiyi pivəni alaraq yenidən avtomobilə mindi və Çuxuryurd kəndi istiqamətində hərəkət etməyə başladıq. Yolda olduğumuz vaxt Vüqar mənimlə acı danışmağa başladı. Məqatil mənə bibi nəvəsi dediyi zaman Vüqar dedi ki, o, uşaqdır, bibi nəvəsi ola bilməz, o, bacıoğlu olar. Vüqara acı cavab verdiyim üçün bu zaman onunla aramızda sözlü mübahisə yarandı. Mübahisə zamanı Vüqar arxadan sağ qolunu boğazıma saldı, sol əlində isə bıçağı saxlayaraq ünvanıma nalayiq ifadələr işlətməyə başladı. Məqatil isə Vüqara “məni buraxmağı dedi. Məqatilin avtomobilin sürətini aşağı endirdiyini görərək əlim ilə Vüqarın əlini boğazımdan ayırardım və qapını açaraq özümü avtomobildən yerə atdım. Özümü yerə atan zaman əlimi qapının tutacağından çəkə bilmədiyi üçün təxminən 5-10 metr yerdə maşın gedə-gedə sürütləndim. Nəticədə hər iki ayağımın diz nahiyəsindən və hər iki əlimin barmaq hissəsindən xəsarətlər aldım. Məqatil avtomobili sürərək bir neçə metr qabaqda saxladıqdan sonra Vüqar avtomobildən yerə düşdü və üzərimə gələrək paltarımdan yapışdığı üçün mən də onun paltarından yapışdım. Məqatil isə aramıza girərək bizi aralamağa çalışdı. Həmin vaxt Məqatilin dayısı oğlu Teyyub ora gəldi və bizi aralamışdırdı. Vüqara “bariqa niyə belə edirsiz” dediyim zaman Məqatil ani olaraq üz nahiyyəmdən bir kəllə zərbəsi vurdu. Zərbənin təsirindən dodağım partlayaraq qanamağa başladı. Teyyub Vüqarı saxlasa da, lakin Vüqar bıçağı əlində saxlayaraq ünvanıma nalayiq ifadələr işlətdi, mənə doğru yenidən hücum eləmək istədi. Amma Teyyub Vüqarı tutaraq mənə tərəf gəlməsinə imkan vermədi. Vüqarın əlində olan bıçağın tiyəsini sadəcə görmüşəm”.
Zaurun sözlərinə görə, daha sonra Məqatil və Vüqar avtomobillərinə minərək oradan gedib: “Teyyub isə məni avtomobilinə mindirərək yaşadığım evə apardı. Polis şöbəsinə gedərək onlar barədə şikayət etmək istəməyimi yolda Teyyuba bildirsəm də, o, polisə şikayət etməməyimi xahiş etdiyi üçün fikrimdən daşındım. Evə gəldikdən sonra Məqatil və Vüqarın mənə qarşı etdikləri hərəkətlərin təsirindən çıxa bilmədim. Vüqarla görüşərək nə üçün mənə qarşı elə hərəkət etməsinin səbəbini aydınlaşdırmaq məqsədilə Məqatilin istifadəsində olan mobil nömrəyə dəfələrlə zəng etsəm də, o, zənglərimə cavab vermədi. Buna görə də Məqatilə “votsap” vasitəsilə “dayıoğlu haradasan” məzmunlu səs göndərdim. Məqatil cavab vermədiyi üçün onların yaşadığı evə getmək qərarına gəldim. Evdə saxladığım bıçağı götürdüm və idman şalvarımın sol cibinə qoydum. Bıçağı Vüqarda bıçaq olduğunu bildiyimdən ehtiyat üçün özümü qorumaq məqsədilə götürdüm. Arvadım Aynur zəng edərək çağırdığı üçün əmimoğlu Mirmahmud bizə gəldi. Mirmahmud məndən kiminlə dava etməyimi soruşsa da, ona Məqatilin telefonda adını göstərdim. Mirmahmud onunla söhbət edərək məni sakitləşdirməyə çalışdı. Mirmahmudla söhbət edən zaman Məqatilgilə getmək məqsədilə evdən həyətə çıxdım. Ardımca Mirmahmud da həyətə çıxdı. Həyətdə Mirmahmuda məni maşınısını söylədim. Lakin hara aparmasını demədim. Mirmahmud razılaşdıqdan sonra qapıdan küçəyə çıxaraq onun maşınına mindik. Avtomobili tanımadığım bir nəfər sürdü. Sürücüyə yolu göstərdim, Məqatilgilin evinə çatanda maşını sürən şəxsə maşını saxlamasını deyərək avtomobildən düşdüm və Məqatilgilin qapısına doğru getdim. Qapını döyərək Vüqarı və Məqatili çağırdım. Əvvəlcə Məqatil, onun ardınca isə Vüqar qapıdan küçəyə çıxdı. Onlardan nə üçün Çuxuryurd kəndində mənə qarşı elə etdiklərini dedim. Məqatil məni də ona kəllə vurmağımı söylədi. Mən də ona bir kəllə zərbəsi vurdum. Bu zaman Vüqarın üzərimə hücum etdiyini gördüm və bıçağı cibimdən çıxardaraq ona tərəf uzatdım ki, bıçaq olmasını görüb, mənə yaxınlaşmasın. Qorxdum ki, Vüqar məni bıçaqla vurar. Çünki kənddə mənə bıçaq çıxartmışdı. Bu zaman Məqatil dartaraq məni yerə yıxdı. Yerdən qalxaraq qaçmaq istəsəm də, Məqatil tutduğu üçün qaça bilmədim. Məqatilin buraxması məqsədilə bıçaqla onun ayaq nahiyəsinə bir neçə zərbə vurmuşam. Məqatilə bıçaq zərbələri vurmaqda başqa niyyətim olmayıb. Bıçaq zərbəsi vurmaq və ya öldürmək niyyətim olsaydı, bunu Məqatillə üzbəüz dayanan zaman edərdim. Buna həmin vaxt real imkanı olmasına baxmayaraq etməmişəm. Həmin vaxt kimsə mənə bıçaqla xəsarət yetirib. Məqatilin qulağın dişləyərək ayağa duraraq küçənin yuxarı tərəfinə doğru qaçmağa başladım”.
Təqsirləndirilən şəxs deyib ki, daha sonra Mirmahmud onu atasının dayısıgilin həyətinə, oradan isə xəstəxanaya aparıb: “Xəstəxanaya aparılan zaman bıçağı Mirmahmuda vermişdim. Hava qaranlıq olduğundan mənə bıçaqla xəsarət yetirən şəxsin kim olmasını görməmişəm”. 
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Zaur Osmanov 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Fevral 2026 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri