Icma.az
close
up
RU
Döyüşçülər Vətən, həkimlər isə yaralılar uğrunda vuruşurdular

Döyüşçülər Vətən, həkimlər isə yaralılar uğrunda vuruşurdular

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

– Təcili tibbi yardım maşını yavaş sürətlə hospitala yaxınlaşanda kədərlənirdik ki, şəhid gəlir. Maşın sürətlə gələndə tez lifti boşaldır, cərrahiyyə otağını hazır vəziyyətə gətirirdik ki, vaxt itirmədən dərhal əməliyyata götürək. Çünki bəzən əsgərlərin həyatı dəqiqələrdən, saniyələrdən asılı olurdu, – deyə Ruslan həkim sözə başlayır.

Ruslan Məmmədov 2007-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. Əvvəlcə Füzuli Rayon Mərkəzi Xəstəxanasında işləyib. 2011-ci ildən 2022-ci ilin mayınadək Böyük Bəhmənli kəndindəki Füzuli Müalicə Diaqnostika Mərkəzində anesteziologiya və reanimatologiya şöbəsinin müdiri vəzifəsində çalışıb. Hazırda peşə fəaliyyətini paytaxtdakı tibb müəssisələrinin birində davam etdirir.

R.Məmmədov söhbətinə davam edir:

– Sentyabrın 27-də atəş səsləri, top və mərmilərin gurultusu, havada uçan təyyarələrin uğultusu bir-birinə qarışmışdı. Saat 9 radələrində cəbhədə yaralanan ilk əsgəri qəbul etdik. Üç əməliyyat bloku və reanimasiya şöbəsi fasiləsiz işləyir, həkimlər gecəli-gündüzlü yaralıları həyata qaytarmaqla məşğul idilər. Həm əməliyyatlara girir, həm də reanimasiya palatalarında xəstələrə baxırdım. Qəbul etdiyimiz xəstələrin çoxu huşsuz vəziyyətdə olurdu, onların adını-soyadını belə bilmirdik. Elə gün olurdu ki, 250–300 xəstə gətirilirdi. Ümumiyyətlə, hospitalın fəaliyyət göstərdiyi həmin günlərdə 6 minə yaxın yaralı döyüşçü qəbul etmişik. 44 gün ərzində cəmi iki dəfə 2–3 saat əməliyyat bloku boş qalıb, qalan vaxt həmişə xəstə ilə dolu idi...Onların 609 nəfəri reanimasiya şöbəsində qeydiyyatdan keçib.

Ruslan həkim sonra bunları dedi:

– Respublika Neyrocərrahiyyə Xəstəxanasından həmin günlərdə Böyük Bəhmənlidəki hospitala gələn neyrocərrah Şamil Tahirov oktyabrın 16-dək 26 ağır vəziyyətdə olan əsgərin üzərində cərrahiyyə əməliyyatı aparmışdı. Həmin xəstəxananın professoru Fariz Camalov, akademik M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin damar cərrahı İlham Budaqov, akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının ümumi cərrahı Samir Aslanov, İmişlidən gələn Fərzulla həkim, Gəncədən Əli həkim çox böyük fədakarlıq göstərirdilər. Elə gün olurdu ki, sutkanın 22 saatını iş başında keçirirdik, başqa cür də mümkün deyildi.

Həkim aşağıdakı hadisəni xatırlayarkən köks ötürdü:

– Həmin günlərdə bir dəfə gecə saat 2 radələrində iki hərbi texnikanın arasında qalaraq dalağı partlayan əsgər gətirmişdilər. Əslən Qusar rayonundan idi, 2 litrdən çox qan itirmişdi. Onu əməliyyat stoluna çıxaranda əlimdən tutub dedi:

– Həkim, mənim 5 aylıq oğlum var!

Əlbəttə, mən nə qədər soyuqqanlı olmağa çalışsam da, onun bu sözlərinin qarşısında biganə qalmaq çətin idi. Yaralı əsgərə toxtaqlıq verdim, hər şeyin yaxşı olacağına inandırdım. Səhəri günü uğurlu əməliyyatdan sonra onu arxa cəbhəyə yola salanda, özündən çox mən sevinirdim.

Ruslan Məmmədov hospitalda çalışan həkim və tibb işçilərinin əməyi barədə də ürəkdolusu söz açdı:

– İki dəfə hospitalın yaxınlığına raket düşdü, çox güclü silkələnmə oldu. Buna baxmayaraq, bir nəfər iş yerindən kənara ayaq qoymadı. Reanimasiya şöbəsində 20 orta və kiçik tibb işçisi var idi. Təsəvvür edin ki, onların 11 nəfəri həmin günlərdə COVID-19 virusuna yoluxduğundan 9 nəfərlə qalmışdıq. Nəinki mən, həmin kənddən və qonşu kəndlərdən olanlar da həftələrlə evə getmədən yaralılara qulluq edirdik. Bu, bizim həm peşə, həm də insani borcumuz idi.

Süleyman QARADAĞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Noyabr 2024 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see516

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see404

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see361

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see280

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see273

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see261

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see255

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see254

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see245

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see237

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see230

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see223

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see220

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see216

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see214

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see207

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see206

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see192

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see191

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri