Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların pul təminatının ikiqat hesablanmasına dair müddəanın qanundan çıxarılması təklif olunur.
Modern.az xəbər verir ki, bununla bağlı “Hərbi qulluqçuların statusu haqqında” Qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçiriləcək plenar iclasında müzakirə olunacaq.
Qanunun hazırkı redaksiyasına əsasən, döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır.
Layihədə bu müddəanın çıxarılması nəzərdə tutulur.
Hərbi qulluqçulara təminat xərclərinin verilməsi qaydası və normalarının müəyyənləşdirilməsi barədə müddəa isə yenilənir. Müəyyən qurumun hərbi qulluqçuları üçün ayrıca ödəniş sistemi nəzərdə tutulmaqla, digər hərbi qulluqçuların təminat xərclərinə dair qaydalar Nazirlər Kabineti tərəfindən müəyyən olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 30 Sentyabr 2026 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















