Icma.az
close
up
RU
Dronların döyüşü: Hindistan və Pakistan yeni silahlanma yarışını alovlandırır

Dronların döyüşü: Hindistan və Pakistan yeni silahlanma yarışını alovlandırır

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hindistan və Pakistan pilotsuz uçuş aparatlarından (PUA) istifadə ilə müşayiət olunan yeni silahlanma yarışına giriblər. 

Qaynarinfo xəbər verir ki, "Reuters”in məlumatına görə, son silahlı toqquşmalardan sonra hər iki ölkə bu texnologiyanın inkişafına əhəmiyyətli məbləğlər yatırır.

Agentliyə danışan mənbələr qeyd edirlər ki, nüvə silahına sahib bu iki qonşu arasında dron hücumlarının artacağı gözlənilir. Belə hücumlar canlı qüvvəni riskə atmadan hədəfləri vurmağa imkan verir və nəzarətsiz eskalasiyanı provokasiya etmədən təzyiq vasitəsi kimi istifadə oluna bilər.

Hindistan Dron Federasiyasının nümayəndəsi Smit Şah bildirib ki, hökumətlə sıx əməkdaşlıq edən və 550-dən çox şirkəti təmsil edən federasiya milli dron sənayesinə yatırımların xeyli artırılmasını gözləyir. Onun sözlərinə görə, Hindistan növbəti 12-24 ay ərzində pilotsuz sistemlərin inkişafına təxminən 470 milyon dollar ayıra bilər ki, bu da son qarşıdurmadan əvvəlki səviyyədən üç dəfə çoxdur.

Bu proqnoz Hindistanın bu ay təcili hərbi alışlara 4,6 milyard dollar ayırmasına dair qərarından sonra verilib. İki hindistanlı rəsminin bildirdiyinə görə, bu vəsaitin bir hissəsi döyüş və kəşfiyyat dronlarının alınmasına yönəldiləcək.

Eyni zamanda Pakistan Hərbi Hava Qüvvələri də yüksək dəyərə malik döyüş təyyarələrini riskə atmamaq üçün daha çox PUA əldə etmək istəyindədir.

London Kral Kollecinin politoloqu III Volter Ladviqin fikrincə, Hindistan və Pakistan dron zərbələrini genişmiqyaslı müharibəyə səbəb olmadan hərbi təzyiq vasitəsi kimi görür:

"PUA-lar liderlərə öz qətiyyətlərini göstərməyə, görünən nəticələr əldə etməyə və daxili ictimai gözləntiləri idarə etməyə imkan verir – özü də baha başa gələn təyyarələri və pilotları təhlükəyə atmadan", – deyə o vurğulayıb.

Xatıaladaq ki, Hindistan və Pakistan uzun illərdir Kəşmir bölgəsi üzərində ərazi mübahisəsi səbəbilə gərgin münasibətlərə malikdir. Yaxın vaxtlarda isə bu qarşıdurma yenidən alovlanıb. Belə ki, Hindistan Pakistan ərazisindəki "terror infrastrukturunu” hədəf alaraq zərbələr endirib. Cavab olaraq hər iki ölkənin qırıcıları hava döyüşünə girib və nəticədə beş hind qırıcısı vurulub.

Qərb mediasının məlumatına görə, bu döyüş müasir aviasiya tarixində ən böyük və ən uzun hava döyüşlərindən biri olub. Pakistan mənbələrinə əsaslanan xəbərlərdə qeyd olunub ki, bu qarşıdurmada ümumilikdə 125 qırıcı iştirak edib və döyüş bir saatdan artıq davam edib. Bununla belə, nə hind, nə də pakistanlı qırıcılar qarşı tərəfin hava məkanını pozub.


Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 May 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri