Dronların Naxçıvana düşməsinin anbaan kadrları Yeni görüntülər
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları həyata keçirilib.
Yeniavaz.com xəbər verir ki, sosial şəbəkələrdə hücumun yeni görüntüləri yayılıb.
Həmin kadrları təqdim edirik:
Qeyd edək ki, Xarici İşlər Nazirliyinin yaydığı rəsmi məlumatda qeyd olunur ki,5 mart tarixində günorta radələrində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib.
“1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.
Hava Limanının binasına zərər dəyməsi və iki nəfər mülki şəxsin xəsarət alması ilə nəticələnən İran İslam Respublikası ərazisindən həyata keçirilən bu dron hücumlarını qətiyyətlə pisləyirik.
Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir.
İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edirik.
Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır.
Bu mövzuda digər xəbərlər:Qroznı dronların hədəfində
05 Dekabr 2025 11:33
Latviya dronların yeni partiyasını Ukraynaya təhvil verib
27 May 2025 10:38
Ukrayna dronların sayəsində üstünlük
13 Yanvar 2025 12:20
“Baykar”dan dronların tətbiqi üzrə YENİ TAKTİKA VİDEO
05 May 2026 18:03
Naxçıvana yeni elektrikli avtobuslar gətirilir
20 Avqust 2025 10:16
Baxış sayı:167
Bu xəbər 05 Mart 2026 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















