DSMF 8 ayda nə qədər pul toplayıb və xərcləyib?
Icma.az, Azpost portalına istinadən məlumat verir.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) bu ilin yanvar-avqust ayları üzrə gəlir və xərcləri açıqlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DSMF-nin gəlirləri 8 ay ərzində 5 milyard 712 milyon manat təşkil edib.
Fondun gəlirləri proqnozla müqayisədə 5 faiz və ya 264 milyon manat çox olub.
Gəlirlərin əsas hissəsini məcburi dövlət sosial sığorta üzrə daxilolmalar təşkil edib. Bu istiqamətdə daxilolmalar proqnoza nisbətən 6 faiz və ya 265 milyon manat artaraq 4 milyard 559 milyon manata çatıb.
DSMF-nin xərcləri 5,5 milyard manata yaxınlaşıbYanvar-avqust aylarında Dövlət Sosial Müdafiə Fondunun xərcləri isə 5 milyard 494 milyon manat olub.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz və ya 490 milyon manat çoxdur.
Beləliklə, ilin ilk 8 ayında DSMF-nin gəlirləri xərclərini 218 milyon manat üstələyib.
Rəqəmlər göstərir ki, fondun həm gəlirləri, həm də xərcləri ötən dövr və proqnoz göstəriciləri ilə müqayisədə artıb. Xüsusilə sosial sığorta daxilolmalarının 4,5 milyard manatı keçməsi diqqət çəkir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 15 Sentyabr 2026 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















