Icma.az
close
up
RU
DSX hərbi hissələrdə “Açıq qapı” günü keçirib

DSX hərbi hissələrdə “Açıq qapı” günü keçirib

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən  XQ-yə verilən məlumata görə,  hərbi hissələrində şəffaflığın artırılması, ictimaiyyətlə əlaqələrin genişləndirilməsi məqsədilə “Açıq qapı” günü keçirilmişdir.

Tədbir çərçivəsində hərbi qulluqçuların valideynləri və yaxınları, həmçinin ictimaiyyət nümayəndələri hərbi hissələrdə yaradılan şəraitlə yaxından tanış olmuş, onlara sərhədçilərin xidməti, sosial-məişət şəraiti, maddi-texniki təminatı və  gündəlik fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.

Bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində sərhəd mühafizəsi sistemi daha da gücləndirilmiş, şəxsi heyətin xidmət və məişət şəraiti yüksək səviyyədə təmin olunmuşdur. Bu diqqət və qayğı hərbi qulluqçuların peşəkarlığının artmasına və xidmətin keyfiyyətinin yüksəlməsinə mühüm töhfə verir.

Daha sonra valideynlər əsgər yataqxanaları, yeməkxanalar, təlim meydançaları və digər inzibati binalarla tanış olmuş, xidmətin təşkili ilə bağlı görülən işləri yerində müşahidə etmişlər.

Tədbir zamanı şəxsi heyətin döyüş hazırlığını əks etdirən nümunəvi çıxışlar nümayiş etdirilmiş, sərhəd mühafizəsinin təşkili, müasir texnologiyaların tətbiqi ilə dövlət sərhədlərinin etibarlı mühafizəsi və bu istiqamətdə əldə olunmuş nailiyyətlər barədə valideynlərə ətraflı məlumat verilmişdir.

Valideynlər övladlarının xidmətindən məmnunluqlarını ifadə etmiş, yaradılmış şəraitə və göstərilən diqqətə görə minnətdarlıqlarını bildirmişlər.

Qeyd olunmuşdur ki, Novruz bayramı ərəfəsində təşkil edilən bu kimi tədbirlər ailə ilə ordu arasında əlaqələrin möhkəmləndirilməsinə, qarşılıqlı etimadın artırılmasına və vətənə xidmətin əhəmiyyətinin daha geniş şəkildə təbliğinə xidmət edir.

Sonda xidmətdə fərqlənmiş bir qrup hərbi qulluqçuya valideynlərin iştirakı ilə fəxri fərman təqdim olunmuş, xatirə fotoşəkili çəkilmişdir.

N.Adilqızı

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Mart 2026 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri