DTX tərəfindən saxlanılan erməniəsilli terrorçu barədə yayılan iddialara aydınlıq gətirildi
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistan mətbuatında Azərbaycanda həbsdə olan, Qarabağda döyüşmüş livanlı muzdlu terrorçu Viken Abraham Eulcekciyanın aclıq etdiyi ilə bağlı məlumatlar yayılıb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bu məlumat həqiqətə uyğun deyil və məhkumun hazırda cəzasını çəkdiyi bildirilir.
Qeyd edək ki, təqsirləndirilən şəxs 2020-ci ildə Vətən müharibəsindən sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.
DTX-də başlanılmış cinayət işi üzrə Viken Eulcekciyan Cinayət Məcəlləsinin 114.3-cü (muzdluluq), 214.2.1-ci və 214.2.3-cü (terrorçuluq), 228.2.1-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə), 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 20 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd olunub ki, o, cəzasının ilk 5 ilini həbsxanada, qalan 15 ilini isə ciddi rejimli cəzaçəkmə müəssisində çəkməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 02 Sentyabr 2025 20:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















