DTXnin əməkdaşları Ulu Öndərin məzarını ziyarət edib
Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.
Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Ümummilli Lider Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar Fəxri Xiyabanı ziyarət edib.
“Report”un məlumatına görə, DTX rəisi general-polkovnik Əli Nağıyev və xidmətin əməkdaşları Ulu Öndərin məzarını ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirərək məzarı önünə əklil və gül dəstələri qoyublar.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Bundan başqa DTX əməkdaşları görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə gül dəstələri düzüb.





