Icma.az
close
up
RU
Dubay dünyanın ən populyar turizm məkanlarından birinə çevrilir

Dubay dünyanın ən populyar turizm məkanlarından birinə çevrilir

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 14 oktyabr, AZƏRTAC

2025-ci ilin son rübündə Dubay Tokio və Londonla yanaşı dünyanın ən populyar üç qlobal turizm istiqamətləri arasında yerini təmin edərək, beynəlxalq turistlərin sayına görə dünyada ən yüksək göstəricilərindən birini nümayiş etdirəcək. Bunu “Amadeus” tərəfindən idarə olunan “ForwardKeys” analitik şirkətin son proqnozu təsdiq edir.

AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, əvvəlcədən rezervasiyalara əsaslanan hesabat ötən ilin eyni dövrü ilə müqayisədə Dubaya beynəlxalq səfərlərin 6 faiz artdığını göstərir. Bu da şəhərin qlobal turizm, istirahət və biznes mərkəzi kimi mövqeyini gücləndirir.

“ForwardKeys” qeyd edib ki, Dubay dünya üzrə səyahətçilərin artan payını cəlb etməkdə davam edir. Bu ilin son üç ayında dünyada gözlənilən beynəlxalq turist səfərlərinin təxminən 2,2 faizi onun payına düşür.

Təhlil göstərir ki, Hindistan və Böyük Britaniya Dubayın ən böyük satış bazarları olaraq qalır, Çin isə əhəmiyyətli artım yaşayıb. Rezervasiyalarda illik 34 faiz artım qeydə alıb və şəhərin ən çox ziyarət edilən ilk onluğuna qayıdıb.

Almaniya da 9 faiz artım nümayiş etdirib ki, bu da Dubayın həm Avropa, həm də Asiya bazarlarında artan turist cəlbediciliyini əks etdirir.

Tələbatın kəskin artması ənənəvi olaraq Dubaya ən çox turist cəlb edən qış turizm mövsümü ilə üst-üstə düşür. Şəhərin inkişaf etmiş infrastrukturu, müxtəlif əyləncələr və dünya səviyyəli tədbirləri onun aparıcı qlobal turizm məkanı kimi nüfuzunu möhkəmləndirməkdə davam edir.

Dubay İqtisadiyyatı və Turizm Departamentinin məlumatına görə, 2024-cü ilin eyni dövründəki 10,62 milyon ilə müqayisədə Dubaya 2025-ci ilin ilk yeddi ayında 11,17 milyon beynəlxalq turist səfər edib, bu isə illik 5 faiz artım deməkdir.

Analitiklər deyirlər ki, şəhərin ardıcıl inkişafı təkcə onun dayanıqlılığını və cəlbediciliyini deyil, həm də Dubayın innovasiyalar, mədəniyyət və dünya səviyyəli qonaqpərvərliyi özündə birləşdirən birinci dərəcəli turizm məkanı kimi göstərməkdə davamlı uğurunu əks etdirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:235
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2025 06:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri