Icma.az
close
up
RU
Sabiq nazir: “Laçın dünyanın ən gözəl yaşayış məntəqələrindən birinə çevrilir”

Sabiq nazir: “Laçın dünyanın ən gözəl yaşayış məntəqələrindən birinə çevrilir”

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın siyasi həyatında son illərdə müşahidə olunan mühüm tendensiyalardan biri siyasi dialoq mühitinin möhkəmləndirilməsi və bu kontekstdə yeni siyasi mədəniyyətin təşəkkülüdür. 

Xüsusilə işğaldan azad olunmuş ərazilərə siyasi partiya rəhbərlərinin birgə səfərləri həm milli həmrəyliyin təzahürü, həm də iqtidar-müxalifət münasibətlərində keyfiyyətcə yeni mərhələnin göstəricisi kimi çıxış edir. Bu səfərlər siyasi proseslərdə iştirak edən müxtəlif tərəflərin qarşılıqlı etimad və əməkdaşlıq ruhunda bir araya gəlməsinə şərait yaradır, cəmiyyətin geniş təbəqələri tərəfindən də müsbət qarşılanır. 

Bu kontekstdə Laçın şəhərinə təşkil olunmuş son səfər də siyasi dialoq mühitinin inkişafı və ölkədə sağlam siyasi münasibətlərin formalaşması baxımından əlamətdar hadisədir. Məsələnin aktuallığını və strateji əhəmiyyətini "Cebheinfo.az"-a açıqlayan sabiq maliyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirib ki, Laçına səfər zamanı Azərbaycanın bu dilbər guşəsində nə qədər nəhəng yenidənqurma işlərinin aparıldığının bir daha şahidi olublar: 

"Bu ərazilər sanki böyük bir tikinti meydançasını xatırladır. Laçın bu gün dünyanın bəlkə də ən gözəl, nümunəvi yaşayış məntəqələrindən birinə çevrilir. Füsunkar bir mənzərəsi var və təbii ki, biz bundan qürur duyuruq. Laçında olarkən şəhidlərimizin ruhunu yad etdik. Bu torpağı qanı ilə azad etmiş insanların xatirəsi hər birimiz üçün əzizdir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. 

Ali Baş Komandanın rəhbərliyilə 44 günlük Vətən müharibəsində və bir günlük antiterror əməliyyatı nəticəsində biz Qarabağı, torpaqlarımızı işğaldan azad etdik, separatizmin kökünü kəsdik və ərazi bütövlüyümüzü bərpa etdik”. 

Sabiq nazir bildirib ki, bu, hər bir azərbaycanlı üçün böyük xoşbəxtlikdir: 

“İllər əvvəl təsəvvür belə edə bilməzdik ki, qısa müddət ərzində Laçında bu qədər gözəlliyə, bu qədər genişmiqyaslı quruculuq işlərinə şahidlik edəcəyik. Biz doğrudan da xoşbəxt insanlarıq ki, tale bizə bunları görməyi nəsib etdi. Bir daha Ali Baş Komandana təşəkkür edirik. 

Allahdan şəhidlərimizə rəhmət qazilərimizə uzun ömür və sağlamlığı diləyirik. Bu gözəl səfəri təşkil etdiyinə görə Prezident Administrasiyasının Siyasi Partiyalar və Qanunvericiliklə Əlaqələr Şöbəsinin müdiri Ədalət Vəliyevə dərin təşəkkürümü bildirirəm".

 Səbinə Uğur 
"Cebheinfo.az"

Açar sözlər: Laçın səfəri siyasi dialoq Fikrət Yusifov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Aprel 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see274

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see231

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see220

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see213

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see194

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see175

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see165

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see156

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see153

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see142

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see141

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see138

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see137

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see135

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see134

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see128

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see127

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see127

Ukraynanın xəritəsi yenidən çəkilir: Kiyev üçün inanılmaz ssenari

16 Dekabr 2025 00:57see126

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri