Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiyası viral oldu VİDEO
Icma.az bildirir, Sonxeber.az saytına əsaslanaraq.
Dubay şokolad ilə bağlı çılğınlıq tam sürətlə davam edir. Sosial media sayəsində məşhurlaşan Dubay şokoladı marka tətbiqlərində də partlayışa səbəb olub. "Dubay şokoladlı sendviç"dən "Dubay halvasına" qədər 90-a yaxın ticarət nişanı müraciəti edilib. Artan tələb püstənin qiymətini 2 ayda 30 faiz bahalaşdırıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Dubay şokoladı hər gün sosial mediada trend mövzusu olmaqda davam edir. Nəhayət, ata və qızın Dubay şokolad təcrübəsi viral oldu. Paylaşılan videoda qız atasına Dubay şokoladı təklif edib və o an "Bilirsən nə qədər Dubay şokoladı yedin? 800 lirə idi" - deyib. Atanın reaksiyası qızının gülüşünə səbəb olub.
Şokoladın qiymətinin 800 lirə olmasına çox təəccüblənən ata "Allah sənə lənət eləməsin. Sən ərinin evini yıxacaqsan. Bir şokolada 800 lirə xərcləmisən? Belə bir şey yoxdur..." sözləri ilə reaksiyasını göstərdi. Videoya onlarla şərh gələrkən, bəzi istifadəçilər ata ilə razılaşaraq Dubay şokoladının qiymətinin baha olduğuna diqqət çəkib.
Vüsalə İbrahimli
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 13 Noyabr 2024 00:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















