Icma.az
close
up
RU
Duda Kiyevə elan edilməmiş səfər edib

Duda Kiyevə elan edilməmiş səfər edib

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Polşa prezidenti Anjey Duda Kiyevə elan ediməmiş səfər edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sıbıqa "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“Bu səhər Kiyev Mərkəzi Dəmiryol Vağzalında Ukraynanın əsl dostu Anjey Dudanı qarşılamağa şad oldum. Prezident Duda Rusiyanın genişmiqyaslı təcavüzünün ən çətin anlarında Ukraynanın yanında olub”, - deyə diplomat qeyd edib.

Sıbiqa Ukrayna xalqına əsl həmrəylik nümayiş etdirən polyaklara minnətdarlığını bildirib.

"Qonağımız Ukrayna Konstitusiya Gününü bizimlə birlikdə qeyd edəcək və prezident Vladimir Zelenski ilə görüşəcək", - deyə XİN rəhbəri vurğulayıb.

Məlumdur ki, bu, Dudanın Polşa prezidenti kimi Kiyevə sonuncu səfəridir. Avqustda o, artıq dövlət başçısı olmayacaq; onu builki seçkilərdə qalib gələn Karol Navroçki əvəz edəcək.

Bundan əvvəl Polşa prezidenti Putinin NATO ölkələrinə hücum etməyə hazır olduğunu təkzib etmişdi. Onun sözlərinə görə, Rusiya Ukraynaya qarşı təcavüzü səbəbindən tükənib. Eyni zamanda o, hesab edir ki, Avropa gələcəkdə real təhlükəyə hazırlaşmalıdır.

"Bu, gələcəkdə real təhlükədir, ona görə də biz müdafiə xərclərini hazırlamalı və artırmalıyıq, çünki bu, müdafiəmiz üçün tamamilə lazımdır", - deyə Duda bildirib.

Polşa liderinin Polşanın yeni prezidenti Karol Navroçki ilə Ukraynanın Avropa İttifaqı və NATO-ya üzvlüyü məsələsini müzakirə edəcəyi də məlum olub. Duda ümid etdiyini bildirib ki, Navroçki beynəlxalq vəziyyəti və Polşa-Ukrayna münasibətlərini diqqətlə nəzərdən keçirəcək.

"Polşada dediyimiz kimi, belə çıxır ki, fikirlər oturduğunuz yerdən asılıdır. Polşa prezidentinin kreslosu qeyri-adi yerdir və bu kürsüdən dünyaya bir az fərqli baxış var", - deyə siyasətçi qeyd edib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 28 İyun 2025 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see384

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see331

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see272

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see272

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see266

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see250

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see242

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see225

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see209

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see198

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see195

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see193

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see192

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see190

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see184

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see183

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see178

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see178

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see173

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri