Icma.az
close
up
RU
Dünən 3 piyadanı avtomobil vuraraq öldürüb

Dünən 3 piyadanı avtomobil vuraraq öldürüb

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ötən gün 3 piyadanı avtomobil vuraraq öldürüb.

APA xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin piyadalara müraciətdə qeyd edilib.

"Qış mövsümünə xas olan qeyri-sabit hava şəraiti yol hərəkətində, xüsusilə piyadalar üçün ciddi təhlükələr yaradır. Gün işığının qısa olması, yağıntılar nəticəsində yol örtüyünün sürüşkənliyi və görünmə məsafəsinin azalması piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin riskini artırır.

Statistik göstəricilər bunun nə qədər real olduğunu bir daha təsdiqləyir. Belə ki, ötən gün piyadaların vurulması ilə nəticələnən üç yol-nəqliyyat hadisəsi qeydə alınıb və həmin hadisələrdə üç nəfər həyatını itirib.

Aparılan araşdırmalar göstərir ki, bu cür hadisələrin baş verməsində piyadaların hava şəraitini düzgün qiymətləndirməməsi, yolu nəzərdə tutulmayan yerlərdən keçməsi, qəfil şəkildə yolun hərəkət hissəsinə çıxması və piyada keçidlərinə laqeyd yanaşması əsas amillərdən biridir.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək bildirir ki, yol hərəkəti təhlükəsizliyi hər kəsin şəxsi məsuliyyətidir. Hər bir piyada öz həyatının və sağlamlığının qorunmasına ciddi yanaşmalı, yol hərəkəti qaydalarına əməl etməli və xüsusilə əlverişsiz hava şəraitində daha diqqətli və ehtiyatlı davranmalıdır.

Unutmayaq ki, yolda atılan hər bir yanlış addım ağır nəticələrə səbəb ola bilər, qaydalara əməl etmək isə həyatın qorunmasının əsas şərtidir", - deyə müraciətdə bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://apa.az
archiveBu xəbər 09 Yanvar 2026 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri