Dünən hamıya gələn həmin mesaj tələdir Məlumatlarınızı ələ keçirirlər (FOTO)
Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
“100 AZN Ramazan Yardım Paketi” adı altında yayılan bu tip mesajlar son günlər sosial şəbəkələrdə sürətlə yayılır. Mesajlarda vətəndaşlardan guya yardım almaq üçün linkə daxil olub məlumatlarını doldurmaları tələb olunur. İlk baxışda xeyriyyə məqsədli kimi təqdim edilən bu paylaşımlar əslində fırıldaqçılıq riski daşıyır. Mütəxəssislər xəbərdarlıq edir ki, naməlum linklərə daxil olmaq şəxsi məlumatların ələ keçirilməsinə səbəb ola bilər. Artan bu cür hallar bir daha göstərir ki, fırıldaqçılar cəmiyyətin həssas dövrlərindən sui-istifadə etməyə çalışırlar.
Bu barədə Demokrat.az-a açıqlamasında İT mütəxəssisi Elvin Abbasov deyib ki, bu tip mesajlar klassik "fişinq" hücumunun bariz nümunəsidir və fırıldaqçıların insanların dini duyğularından, yardımlaşma istəyindən sui-istifadə etmək cəhdidir:
“Təqdim olunan linkə diqqət yetirsəniz, onun heç bir rəsmi dövlət qurumuna və ya tanınmış xeyriyyə fonduna aid olmadığını, şübhəli bir qısaldılmış keçid olduğunu görərsiniz. Bu linkə daxil olmaq sizin şəxsi məlumatlarınızın oğurlanmasına, bank kartı detallarınızın ələ keçirilməsinə və ya cihazınıza zərərli proqramların yoluxmasına səbəb ola bilər”.
O bildirib ki, fırıldaqçıların Ramazan ayı ərəfəsində bu yola əl atması təsadüfi deyil:
“Onlar "təcili müraciət" və "pulsuz yardım" vədi ilə insanların ehtiyatlı davranışlarını zəiflətməyə çalışırlar. Vətəndaşlara tövsiyəmiz odur ki, bu cür mesajlara əsla etibar etməsinlər, daxil olan linklərə klikləməsinlər və bu mesajları başqalarına göndərərək zəncirvari saxtakarlığın yayılmasına alət olmasınlar”.
Rəqəmsal təhlükəsizlik qaydalarına riayət etmək artıq hər bir vətəndaş üçün zərurətə çevrilib. Xüsusilə həssas bayram ərəfələrində vətəndaşların emosional qərarlar verməsi kibercinayətkarların işini asanlaşdırır. Naməlum mənbələrdən gələn və real görünməyən "hədiyyə" və ya "yardım" vədləri ən böyük rəqəmsal təhlükə siqnallarından biridir. Bu tip kiberhücumlar təkcə fərdi məlumatların itirilməsi ilə nəticələnmir, həm də şəxsi bank hesablarının tamamilə boşaldılması riskini yaradır.
Əgər sizə WhatsApp və ya SMS vasitəsilə hansısa qurumun adından yardım paketi təklif edən link gəlibsə, bilin ki, bu, birbaşa sizin bank hesabınıza və ya smartfonunuza sızmaq üçün qurulmuş tələdir. Dövlət yardımları heç vaxt sosial şəbəkələrdə yayılan şübhəli linklər vasitəsilə paylanmır. Sadə bir klik sizin aylarla topladığınız əmanətin bir neçə saniyə ərzində oğurlanmasına şərait yarada bilər.
Qeyd edək ki, şübhəli hallarla qarşılaşdıqda dərhal müvafiq dövlət qurumlarına və ya Elektron Təhlükəsizlik Xidmətinə məlumat verməyiniz tövsiyə olunur.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Şəxsi məlumatlarınızı ələ keçirən 5 məşhur tətbiq
20 May 2025 08:24
Bu məlumatlarınızı heç kimlə paylaşmayın!
17 Aprel 2025 10:11
DİN dən xəbərdarlıq: Məlumatlarınızı paylaşmayın!
03 Noyabr 2025 09:31
Gmail sizin şəxsi məlumatlarınızı sızdırır
30 Oktyabr 2025 11:51
Onlayn borc silmə xidmətlərini təklif edənlər şəxsi məlumatlarınızı ələ keçirir XƏBƏRDARLIQ
12 Dekabr 2024 17:28
Baxış sayı:43
Bu xəbər 30 Yanvar 2026 10:43 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları