Icma.az
close
up
RU
Dünən müəllim idi, bu gün ictimai fəaldır

Dünən müəllim idi, bu gün ictimai fəaldır

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Səkkizinci sinifdə oxuyurdum. Sentyabrın biri idi. Eşitdik ki, bizə təzə müəllim dərs deyəcək. Bizi maraq bürüdü, görəsən, kimdir bu təzə müəllim? Zəng vuruldu, bir azdan direktorumuz Nurəddin müəllim gənc müəllim ilə sinfə daxil oldu. Qısa tanışlıqdan sonra bildirdi ki, bu gündən sizə rus dili fənnindən Meysarat müəllim dərs deyəcək.

Direktor getdikdən sonra gənc müəllim sinif jurnalını götürərək, adlarımızı oxuyub bizimlə tanış oldu. Sonra sorğu apardı, yeni dərsi izah etdi. Beləcə, bir həftə keçdi, ona o qədər isinişmişdik ki... Növbəti dərsin olmasını intizarla gözləyirdik.

Meysarat müəllim dərsdən bir-iki dəqiqə vaxt ayırıb bizə dəyərli məsləhətlər verər, Azərbaycan ədəbiyyatı ilə yanaşı, rus və xarici ölkə yazıçı və şairlərinin əsərlərini oxumağı tövsiyə edərdi. Biz də Azərbaycan, rus xarici yazıçılarının əsərlərini sevə-sevə oxuyardıq...

BDU-nun jurnalistika fakultəsini bitirdikdən sonra təyinatımı rayonumuzda nəşr olunan "Balakən" qəzetinə almışdım. Qəzet həftədə 3 dəfə nəşr olunurdu. Redaksiyada həftəlik plan tutulur, hər əməkdaşa tapşırıq verilirdi. Bir dəfə mənə qabaqcıl müəllim haqqında zarisovka yazmaq tapşırıldı. Ürəyimcə oldu, fikirləşdim ki, şagirdin Meysarat Qaysayeva kimi sevimli müəllimindən yazması böyük şərəfdir.

Meysarat Qaysayeva 1950-ci ildə Balakən rayonunun Şambul kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakı Slavyan Universitetinin rus dili və ədəbiyyatı fakultəsinə daxil olub. Ali təhsilini başa vurduqdan sonra kənd məktəbində müəllim kimi fəaliyyətə başlayıb. Az müddətdə səriştəli, şagirdlərin ürəyinə yol tapmağı bacaran müəllim kimi tanınıb. Savadı, ictimai işlərdə fəallığı sayəsində rayon icra hakimiyyətinin Qaysa kəndi üzrə ərazi nümayəndəsi seçilib.

XX əsrin 90-cı illəri məşəqqətli, ağrılı-acılı illər idi. Bütün çətinliklərə baxmayaraq, canıyananlıqla hər işin öhdəsindən gəlməyə çalışıb. Kənd ağsaqqalları, ziyalıları ilə birgə camaatın problemlərini həll edib.

Kəndin abadlaşdırılması, yeni infrastrukturun yaradılması, yolların asfaltlaşdırılmasında onun əməyi böyükdür. İşlədiyi müddətdə kənd mədəniyyət evinin fəaliyyətini diqqət mərkəzində saxlayıb. Xüsusən "Cahan" Avar folklor qrupunun tanınmasında böyük dəstəyi olub.

Meysarat Qaysayeva çoxillik pedaqoji fəaliyyətinə və ictimai sahədə xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.

Təqaüddə olsa da, ömrünün bir anını belə işsiz təsəvvür edə bilmir. Hazırda "Novruz Qadın İnkişaf və Müəssisə" qrupunun sədridir. Qrup ölkədə yaranmaqda olan ilk 7 Pilot Qadın Kooperativlərindən biridir. "Novruz" aktivistləri aztəminatlı ailələrdə uşaqların geyim və məktəbli ləvazimatı ilə təmin olunması üçün kampaniyalar keçirir. Vaxtaşırı ətraf mühitin qorunması, tullantıların daşınması, erkən nikah və məişət zorakılığına qarşı mübarizə ilə bağlı çoxsaylı tədbirlər həyata keçirilir. Şəhid ailələrinə qayğı diqqət mərkəzində saxlanılır.

Onu da qeyd edim ki, Meysarat müəllim Azərbaycan Kənd Qadınları Assosiasiyasının təsisçilərindəndir. O, bizimlə söhbətində dedi:

– 2018-ci ildə yaratdığımız "Novruz" Qadın Qrupu artıq hüquqi statusu olan Qadın Kooperativinə çevrilib. İndi Qaysa kəndində qadınlar ailələrə daha çox gəlir gətirir, kənd camaatının xeyir və şər mərasimlərində yaxından iştirak edir, dəstək olurlar. Kollektiv bizneslər inkişaf edib möhkəmləndikcə qadınların nüfuzu da artır və bu, məni çox sevindirir. Uğurlu olmaq üçün, ilk növbədə, məqsədinə doğru getməli, çətinliklərdən qorxmamalısan. Bir də ki, hər şey insanın daxilindən gəlməlidir, yaxşılıq etmək, gözəllilk yaratmaq...

Onu da vurğulamaq istəyirəm ki, kəndimizdə halal zəhməti ilə dolanan, zəhmətkeş, səmimi, mehriban insanlar çoxdur. Məni həmişə qadınlarımızın həyatı, çətinlikləri, gender bərabərliyi məsələləri düşündürüb. Kənd icra nümayəndəsi işlədiyim müddətdə qadınlarımızın rastlaşdığı problemləri aradan qaldırmağa çalışmışam. Azərbaycan Kənd Qadınlar Assosiasiyası yaradıldıqdan sonra qadınlarımızın həyatında yeni mərhələ açıldı. Qrup şəklində birləşmələri, onların bir-birinə arxa durmaları evdar qadınların həyatını dəyişdi.

Meysarat Qaysayeva ilə söhbət etdikcə ondakı həyat eşqi, qurub-yaratmaq həvəsi, gələcək planları insanda gözəl hisslər, xoş duyğular oyadır. Doğma kəndinin gələcəyi, inkişafı, hər bir kənd sakininə, həyan olması xüsusən evdar qadınlara dəstək verməsi onu hamının gözündə ucaldıb.

Kəndin ağbirçəyi olan Meysarat xanım gözəl ana, nənədir. 3 övladı, 8 nəvəsi, 1 nəticəsi var. Ömür-gün yoldaşını erkən itirsə də, gözəl övladlar tərbiyə edib. Hər 3 övladı ali təhsil alıb. İllər onu çətinliklərdən, sınaqlardan keçirib. Ömrünün hər anı, günü, ayı, ili qayğılarla dolu olub. Bax beləcə, mənalı, yaddaqalan, şərəfli bir ömür yaşayır Meysarat müəllim.

Havva ZAHİDQIZI,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Balakən

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Avqust 2026 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see187

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see186

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see178

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see176

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see175

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see175

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see173

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see165

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri