Dünən rekord sayda sərnişin daşınıb
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Martın 19-da Bakıdan bölgələrə rekord sayda sərnişin daşınıb.
Bu barədə Bakıvaxtı.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, Novruz və Ramazan bayramları ilə əlaqədar bütün avtovağzal və avtostansiyalar ötən gündən gücləndirilmiş iş rejimində çalışır.
Martın 19-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 438 reys həyata keçirilib, 16 222 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Bu, son illərin rekord göstəricisidir.
Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 200-dən çox reys həyata keçirilib.
Sərnişinlərin 57%-i biletlərini onlayn qaydada "biletim.az" portalından əldə edərək səfərlərini reallaşdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 20 Mart 2026 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















