Icma.az
close
up
RU
Dünya Autizm Maarifləndirmə Ayı ilə əlaqədar SOCAR Birgə və Sağlam İctimai Birliyi ilə birgə silsilə tədbirlər təşkil edir

Dünya Autizm Maarifləndirmə Ayı ilə əlaqədar SOCAR Birgə və Sağlam İctimai Birliyi ilə birgə silsilə tədbirlər təşkil edir

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2 aprel - Dünya Autizm Maarifləndirmə Günü və Dünya Autizm Maarifləndirmə Ayı ilə əlaqədar “SOCAR Midstream Gas Operations” MMC "Birgə və Sağlam" İctimai Birliyi ilə birgə silsilə tədbirlər təşkil edir.

Bu çərçivədə ilk tədbir ölkəmizdə inklüziv iaşə obyekti olan “Kaşalata” kafedə təşkil olunub. 

SOCAR nümayəndələrinin, tərəfdaşların iştirakı ilə təşkil olunan tədbirdə "Birgə və Sağlam" İctimai Birliyinin təsisçisi və direktoru Aytən Eynalova, “SOCAR Midstream Gas Operations” MMC-nin icraçı direktoru Polad Rüstəmov, “Birgə və Sağlam” İctimai Birliyinin İnkişaf şöbəsinin koordinatoru Milana Həsənova, İctimai Birliyin Təhsil proqramları şöbəsinin direktoru, psixoloq Nərmin Rəhimli, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari çıxış edərək autizm haqqında düzgün və elmi əsaslı davamlı məlumatlandırmanın vacibliyi və bu sahədə inklüziv yanaşmanın önəmini vurğulayıblar. 

Dövlət tərəfindən autizmli şəxslərin cəmiyyətə tam inteqrasiyası üzrə həyata keçirilən davamlı tədbirlər, inklüziv təhsilinin inkişafı və həyat keyfiyyətinin yüksəldilməsi üzrə aparılan məqsədyönlü fəaliyyət haqqında geniş məlumat verilib. Bu xüsusda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən sağlamlıq imkanları məhdud, eyni zamanda autizmli uşaqlara göstərilən xüsusi diqqət və qayğıdan, Heydər Əliyev Fondu tərəfindən bu sahədə həyata keçirilən layihələrdən bəhs edilib və minnətdarlıq ifadə olunub. 

Çıxış edən autizm spektr pozuntusu olan şəxslərin valideynləri cəmiyyətin bu sahədə məlumatlandırılmasının autizmli uşaqların inteqrasiyasında xüsusi rol oynadığını qeyd ediblər. 

Tədbirdə “Kaşalata” kafenin yaradılması təşəbbüsündən, onun fəaliyyəti haqqında geniş məlumat verilib, ictimai birlik tərəfindən həyata keçirilən məşğulluq modelindən, onun fəaliyyət mexanizmlərindən və rolundan danışılıb.

Gənc pianoçu Əlisahib Bayramovun və “Mavi Ürəklər” inklüziv musiqi qrupu tərəfindən canlı musiqi proqramı təqdim olunub. 

Sonda xatirə şəkli çəkdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Aprel 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see140

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see138

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see138

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri