Icma.az
close
up
RU
“Regional Sosial İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyi maarifləndirici tədbir təşkil edib FOTOLAR

“Regional Sosial İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyi maarifləndirici tədbir təşkil edib FOTOLAR

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyi tərəfindən “Dəyişən sosial və iqtisadi mühitdə qadınların müdafiəsi” adlı layihə çərçivəsində Xaçmaz şəhərində maarifləndirici tədbir təşkil olunub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə İctimai Birliyinin sədri Elnarə Məhərrəmova məlumat verib. Onun sözlərinə görə, tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz şəhər üzrə nümayəndəsi Rahil Qurbanov, eləcə də rayon ərazisində məskunlaşmış qaçqın və məcburi köçkün qadınlar, şəhid ailələrinin üzvləri iştirak ediblər.

Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Açılış nitqi ilə çıxış edən layihə rəhbəri, İctimai Birliyin sədri Elnarə Məhərrəmova layihənin məqsədi və əhəmiyyəti barədə geniş məlumat verib. Onun sözlərinə görə, layihə qadınların sosial və iqtisadi həyatda fəal iştirakına, ailə institutunun gücləndirilməsi, qadınların məşğulluq və sahibkarlıq imkanlarının artırılması, ailə gəlirlərinin şaxələndirilməsi və xüsusilə də məcburi köçkün qadınların cəmiyyətə inteqrasiyasına töhfə verməyi hədəfləyir.

Elnarə Məhərrəmova çıxışında qeyd edib ki, layihə çərçivəsində aparılan sorğular və təhlillər əsasında hazırlanacaq təkliflər aidiyyəti dövlət qurumlarına təqdim olunacaq.

Tədbirin eksperti Rəşad Həsənov sahibkarlıq mühitində qadınların roluna toxunaraq, onların iqtisadi fəaliyyətə cəlb olunmasının strateji əhəmiyyətini vurğulayıb. O, yerli istehsalın üstünlükləri, dövlətin dəstək mexanizmləri, güzəştli kreditlər və vergitutma sahəsində mövcud imkanlar barədə ətraflı məlumat verib.

Daha sonra çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndəsi Rahil Qurbanov Xaçmazda fəaliyyət göstərən sahibkarlara göstərilən dövlət dəstəyi, xüsusilə sənədləşmə problemlərinin aradan qaldırılması və güzəştli kredit mexanizmləri barədə danışıb. O qeyd edib ki, “Bildiriş mexanizmi” çərçivəsində Xaçmaz rayonu üzrə sahibkarlara artıq yarım milyon manatdan çox maliyyə dəstəyi göstərilib.

Tədbirdə KOBİA-nın nümayəndələri, yerli sahibkar qadınlar, qaçqın və məcburi köçkün icmalarının üzvləri, şəhid ailələrinin nümayəndələri iştirak ediblər.

Sonda layihə rəhbəri Elnarə Məhərrəmova layihənin donor təşkilatı olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, tədbirin təşkilinə dəstək göstərən Xaçmaz KOB evinin rəhbəri Azər Pənahova və bütün iştirakçılara təşəkkürünü bildirib.

"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 İyul 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see134

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see129

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri