Icma.az
close
up
RU
Dünya azərbaycanlıları COP29un Azərbaycanda keçirilməsi ilə əlaqədar bəyanat yayıblar

Dünya azərbaycanlıları COP29un Azərbaycanda keçirilməsi ilə əlaqədar bəyanat yayıblar

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünya azərbaycanlıları COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar bəyanat yayıblar.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a daxil olan bəyanatda deyilir: “Biz xaricdə yaşayan azərbaycanlılar ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən ekoloji siyasəti, qlobal ekoloji böhran şəraitinin yaratdığı problemlərin aradan qaldırılması istiqamətində Azərbaycanın atdığı mühüm addımları və səmərəli fəaliyyətini təqdir edir, 2024-cü il noyabrın 11-22-də Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsini olduqca vacib sayır, bu tədbirin dünyada ətraf mühitin qorunmasına mühüm töhfələr verəcəyinə inanırıq.

Sevindirici haldır ki, bu gün 30 il ərzində Ermənistan tərəfindən ekoloji terrora məruz qalmış Qarabağda, işğaldan azad edilmiş digər ərazilərdə bərpa-quruculuq işləri aparılır, ekoloji təhlükəsiz mühitin təmin olunması üçün zəruri infrastruktur yaradılır. Qarabağ, Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası “yaşıl enerji” zonaları elan edilib. Qarabağda təkcə su elektrik stansiyalarından deyil, habelə külək, günəş elektrik stansiyaları kimi alternativ və bərpa oluna bilən enerji növlərindən də istifadə ediləcək.

Paytaxt Bakıda və digər böyük şəhərlərimizdə avtomobil parkının yenilənməsi, ekoloji cəhətdən təmiz elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması, bu tip avtomobillərin ƏDV-dən azad edilməsi, parkların, yaşıllıqların salınması, “Yaşıl enerji” zonalarının yaradılması da ölkəmizdə ekologiyanın qorunmasının bariz nümunələridir.

Təqdirəlayiq haldır ki, bu gün ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli istiqamətində ixtisaslaşmış ictimai təşkilatlar, o cümlədən IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi də mühüm işlər görür, genişmiqyaslı layihələr həyata keçirir.

Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına, yəni COP29-a ev sahibliyi etməsi ölkəmizin dünyada artan nüfuzunun bariz göstəricisi, Azərbaycanın yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamıdır. Bu məqsədlə Sizin Sərəncamınızla 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması bir daha sübut edir ki, qlobal ekoloji böhran şəraiti və onun cəmiyyət üçün yaratdığı problemlər, bu problemlərin həlli yolları günümüzün ən aktual məsələlərindən biridir.

Son zamanlar, xüsusilə də COP 29 ərəfəsində biz xaricdə yaşayan azərbaycanlılar ölkəmizə qarşı bir mərkəzdən idarə olunan və sistemli xarakter daşıyan fəaliyyətin şahidi oluruq. Belə ki, Azərbaycanın öz siyasi, iqtisadi, hərbi gücünə həll etdiyi keçmiş Qarabağ münaqişəsinin yenidən “canlanmasına” cəhdlər göstərilməkdədir.

Bir daha bəyan edirik ki, Azərbaycan öz gücünə otuz illik işğala və haqsızlığa son qoymaqla təkcə öz milli maraqlarını deyil, həm də beynəlxalq hüququn aliliyini və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edib.

Biz xaricdə yaşayan azərbaycanlılar xalqımıza böyük zəfər qazandırmış, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etmiş Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, Azərbaycanın inkişafı naminə göstərdiyi xidmətləri və taleyüklü məsələlərin həllində göstərdiyi qətiyyəti təqdir edir, onun rəhbərliyi ilə Azərbaycanın bundan sonra da inkişaf edəcəyinə və yeni-yeni zirvələr fəth edəcəyinə əminliyimizi bildiririk.

Təsadüfi deyil ki, bu il Azərbaycanda keçirilmiş 7 fevral növbədənkənar prezident seçkilərində xaricdə yaşayan azərbaycanlıların təşəbbüsü ilə yaradılmış “BİZ - Zəfər Yoluna Davam!” platforması xaricdəki Azərbaycan icmalarının Vətənə bağlılığının, dövlətimizin milli maraqlarının keşiyində möhkəm dayanmalarının bariz nümunəsi olmuş, Azərbaycan diasporunun siyası yetkinliyinin, azərbaycançılıq ideologiyasına sadiqliyinin göstəricisinə çevrilmişdir.

Bu gün BMT ailəsinin tamhüquqlu üzvü olan Azərbaycan yer üzündə sülhün və təhlükəsizliyin bərqərar edilməsi naminə yeritdiyi siyasət sayəsində dünya dövlətləri arasında layiqli yer tutmuşdur.

İnanırıq ki, ölkəmiz digər qlobal səviyyəli tədbirlərdə olduğu kimi, COP29-un da yüksək səviyyədə təşkilinə nail olmaqla, yekdilliklə ona göstərilmiş etimadı doğruldacaq, dünyada ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli istiqamətində mühüm irəliləyişlərə öncüllük edəcəkdir”.

Qeyd edək ki, bəyanatı 271 diaspor qurumunun rəhbəri və nümayəndəsi imzalayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Noyabr 2024 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see179

Avropa Kuboku: Azərbaycan millisi Polşa ilə qarşılaşacaq

07 Sentyabr 2025 09:53see175

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see149

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see146

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see146

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see138

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see137

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see136

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see132

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see132

Ukraynalı futbolçu: “Azərbaycanla oyunda qələbə qazanmalıyıq”

07 Sentyabr 2025 11:07see131

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see127

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see126

Avstriya Kipr oyununda sirli qara dəlik olayı

07 Sentyabr 2025 01:43see125

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see122

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see119

Azərbaycan millisinin heyətində dəyişiklik Qarabağ ın forvardı oynamayacaq

07 Sentyabr 2025 11:23see119

Əl Əhli Fransa millisinin hücumçusunu transfer etdi 25 milyon avroya

07 Sentyabr 2025 09:15see115

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see114

Tramp Qazaxıstan prezidenti ilə danışdı

07 Sentyabr 2025 20:37see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri