Icma.az
close
up
RU
Dünya Bankı Azərbaycan üzrə ilk dövri Ölkə İqtisadi İcmalını təqdim edib

Dünya Bankı Azərbaycan üzrə ilk dövri Ölkə İqtisadi İcmalını təqdim edib

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Dünya Bankı Azərbaycan üzrə ilk dövri Ölkə İqtisadi İcmalını təqdim edib.

APA-Economics” xəbər verir ki, hesabat ölkənin makroiqtisadi göstəriciləri və perspektivləri barədə ətraflı məlumatı təqdim edir.

Azərbaycan üzrə Ölkə İqtisadi İcmalı (AÖİİ) ildə iki dəfə dərc olunacaq hesabatdır və ölkədəki son iqtisadi hadisələri və perspektivləri əhatə edir. Hər hesabat iki hissədən ibarət olacaq: birinci hissədə son iqtisadi meyllərin təhlili və orta müddətli perspektivlər və risklər müzakirə olunacaq, ikinci hissədə isə konkret siyasət məsələsi dərindən araşdırılacaq.

Azərbaycan son on ildə qlobal və regional sarsıntılara qarşı əhəmiyyətli dayanıqlılıq nümayiş etdirmişdir. Rəqabət Məcəlləsinin qəbulu, əhəmiyyətli vergi islahatları, lisenziya və icazələrin alınması prosedurlarının sadələşdirilməsi, əmək münasibətlərində şəffaflaşma və biznes mühitindəki çağırışların həlli istiqamətində atılan digər addımlar sahibkarlıq fəaliyyətinin dəstəklənməsində mühüm rol oynamışdır.

Ölkədə reallaşdırılan iqtisadi islahatlar, Cənubi Qafqazda strateji mövqeyi və zəngin enerji resursları güclü iqtisadi artımı və yoxsulluğun əhəmiyyətli dərəcədə azalmasını təmin etmişdir. Hökumətin makroiqtisadi sabitliyə verdiyi önəm ölkəyə dəyişkənliklərə — o cümlədən 2015-ci ildəki neft qiymətləri şoku və COVID-19 pandemiyası — qarşı mübarizə aparmağa, fiskal və xarici ticarət profisitlərini, aşağı dövlət borcunu və əhəmiyyətli makroiqtisadi ehtiyatları qoruyub saxlamağa imkan vermişdir.

Son təhlil göstərir ki, 2025-ci ilin ilk yarısında neft-qaz sektorunda 3,2%-lik daralma müşahidə olunsa da, qeyri-neft sektorunda artım 3,9%-ə təşkil edib. Tikinti, nəqliyyat, İKT və pərakəndə ticarət sahələrində fəaliyyət normallaşıb. Kənd təsərrüfatı və turizm sahələri artım tempini qoruyub saxlayıb.

İyun ayının sonuna doğru daxili və xarici təzyiqlərin azalması ilə inflyasiya bir qədər aşağı düşüb və illik inflyasiya 4.8%-ə enib. Bu göstərici Azərbaycan Mərkəzi Bankının hədəf diapazonunun (4 ± 2%) mərkəz nöqtəsinə yaxındır.
Xarici və fiskal balanslar əhəmiyyətli profisitlərlə malikdir, baxmayaraq ki, neft-qaz gəlirlərinin azalması bu göstəriciləri bir qədər zəiflədib. Makroiqtisadi ehtiyatlar güclü olaraq qalır: Dövlət Neft Fondu (ARDNF) ehtiyatları 13,2% artaraq 65 milyard ABŞ dollarına (ÜDM-in 88%-i) çatıb, Azərbaycan Mərkəzi Bankının ehtiyatları isə 11,5 milyard ABŞ dollarına yüksəlib ki, bu da 5,6 aylıq idxala bərabərdir.

Gələcəyə baxışda, iqtisadi artımın 2025–2027-ci illər arasında orta hesabla 1.7% səviyyəsində qalacağı proqnozlaşdırılır. Bu, neft qiymətlərinin azalması fonunda fiskal siyasətin sərtləşməsi ilə bağlıdır. İnflyasiyanın Mərkəzi Bankın hədəf diapazonunda qalacağı gözlənilir. Risklərə uzunmüddətli aşağı artım və enerji qiymətlərində daha kəskin azalma daxildir. Qısamüddətli risklərə qarşı ehtiyatlar kifayət qədər olsa da, uzunmüddətli dayanıqlılıq iqtisadiyyatın struktur islahatları vasitəsilə şaxələndirilməsi səylərinin uğuruna bağlı olacaq.

Bu buraxılışın xüsusi mövzusu qeyri-neft sektoruna investisiyalar və onun artımına təsir edən məsələlərdir. İnvestisiya səviyyələri ÜDM-in təxminən son illərdə 20%-dək hissəsini təşkil edir. Bu, əsasən, neft-qaz gəlirlərinin azalması fonunda dövlət investisiyalarının azalması ilə bağlıdır. Yerli özəl investisiyalar əsasən daxilə yönəlmiş sahələrdə — məsələn, tikinti — cəmlənib.
Özəl sektorun potensialından faydalanmaq üçün hesabat struktur islahatlarının vacibliyini vurğulayır. Bu islahatlar siyasət sabitliyinin artırılması, bərabər rəqabət mühitinin təkmilləşdirilməsini, maliyyə resurslarına çıxışın genişləndirilməsi və məhkəmə sisteminin gücləndirilməsini əhatə edə bilər.

Bu ilk Ölkə İqtisadi İcmalı siyasət müzakirələrini məlumatlandırmaq, sübuta əsaslanan qərarların qəbulunu dəstəkləmək və müxtəlif maraqlı tərəflər arasında iş yerlərinin yaradılması və məhsuldarlığın artırılması yolları üzrə dialoqu təşviq etmək məqsədi daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://apa.az
archiveBu xəbər 29 Oktyabr 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see289

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see239

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see209

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see197

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see179

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see179

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see176

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see164

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see163

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see158

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see153

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see151

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see147

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see146

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see145

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see144

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri