Dünya Bankı davamlı və əhatəli rəqəmsal transformasiyanı dəstəkləməyə sadiqdir
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İnkişaf etməkdə olan ölkələrdə iqlimlə bağlı fəaliyyətin ən böyük çoxtərəfli maliyyəçisi kimi Dünya Bankı davamlı və əhatəli rəqəmsal transformasiyanı dəstəkləməyə sadiqdir.
Bunu APA-ya açıqlamasında Dünya Bankının rəqəmsal transformasiya üzrə vitse prezidenti Sanqbu Kim deyib.
O bildirib ki, təkcə keçən il yaşıl rəqəmsal sərmayələrimizi üç dəfə artıraraq 700 milyon dollara çatdırıb və gələcəkdə dəstəyini genişləndirməyə sadiqdir.
“Dünya Bankı Yaşıl Rəqəmsal Bəyannamə vasitəsilə iqlimlə bağlı fəaliyyət üçün rəqəmsal texnologiyaların rolu haqqında məlumatlılığın artırılmasına görə COP29 Sədrliyini yüksək qiymətləndirir. Dünya Bankı Bəyannaməni dəstəkləyir”- DB-nin vitse prezidenti əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 16 Noyabr 2024 08:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















