Dünya Bankı Suriyaya 100 milyon ayırdı
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Dünya Bankı 14 illik münaqişədən sonra maliyyə sektorunu yenidən qurmağa çalışan Suriyaya 100 milyon dollar məbləğində pul ayırıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, artıq Dünya Bankının İcraçı Direktorlar Şurasının Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən ayrılacaq məbləğ təsdiqlənib.
Açıqlamada sözügedən vəsaitin “Suriya Maliyyə Sektorunun Modernləşdirilməsi” layihəsi çərçivəsində təmin ediləcəyi bildirilib:
“Layihənin məqsədi maliyyə əməliyyatlarını daha təhlükəsiz, daha sürətli və şəffaf etmək, vətəndaşların maliyyə xidmətlərinə çıxışı üçün lazımi şərait yaratmaqdır. Bundan başqa, layihə əsas maliyyə infrastrukturunun modernləşdirilməsi, bank sektorunun inkişafı və nəzarət mexanizmlərinin gücləndirilməsi təşəbbüslərini dəstəkləyəcək”.
Dünya Bankının məlumatına görə, layihə maliyyə sektorunun əsas sistemlərini bərpa etməyi və ildə ən azı 15 milyon elektron pərakəndə ödəniş əməliyyatını asanlaşdırmağı hədəfləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 08 Avqust 2026 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















