Icma.az
close
up
RU
Dünya Bankı yeni layihələr icra edəcək

Dünya Bankı yeni layihələr icra edəcək

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Yeni 5 illik Tərəfdaşlıq Çərçivəsində “yaşıl iqtisadiyyat” quruculuğuna maliyyə dəstəyi göstəriləcək

Azərbaycan Dünya Bankı (DB) ilə yeni layihələrin icrasını müzakirə etməkdədir. Bir neçə gün əvvəl Dünya Bankının yeni təyin olunmuş icraçı direktoru xanım Beatris Meyzerlə maliyyə naziri Sahil Babayev arasında keçirilən görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli səmərəli tərəfdaşlıq çərçivəsində həyata keçirilən və müxtəlif sahələri əhatə edən birgə layihələrin uğurlu nəticələri təqdir olunub. DB-nin ölkəmizlə əməkdaşlıq perspektivlərinə toxunulub. Azərbaycan hökumətinin DB ilə əlaqələri genişləndirməkdə maraqlı olduğu bildirilib.

Ölkə Tərəfdaşlıq Çərçivəsi hansı prioritetləri nəzərdə tutur?

Qeyd edək ki, bir müddət əvvəl Dünya Bankının böyük bir missiyası da Azərbaycanda olub və iqtisadi qurumlarının rəhbərləri ilə görüşlərdə yeni proqramların icrasının zəruriliyinə toxunulub. DB ilə aparılan məsləhətləşmələrə uyğun olaraq ölkəmizlə əməkdaşlığın yeni prioritetlərini nəzərdə tutan 2025-2029-cu illərə dair Ölkə Tərəfdaşlıq Çərçivəsi hazırlanması qərara alınıb. Sənədin əsas istiqamətləri neft və qaz gəlirlərindən asılılığın azaldılması və qeyri-neft mənbələrinin sütunları üzrəində dayanıqlı iqtisadi artımların təmin edilməsi, şaxələndirilmiş gəlirlərin insan kapitalına yönəldilməsi və sosial rifahın yaxşılaşdırılması, fiziki infrastruktura və daha güclü institutlara investisiya yatırımlarının artımı yolu ilə ölkənin xarici şoklara dayanıqlığının gücləndirilməsindən ibarətdir. Ümumilikdə, ÖTÇ-nin əsas məqsədi və qayəsi  idarəçilik, insan kapitalı və kommunikasiya bağlantılarının əlaqələndirilməsi və insanların ortaq rifahının təşviqindən ibarətdir.

Dünya Bankı (DB) yeni islahatların Azərbaycanın uzunmüddətli inkişafında, xüsusilə də qeyri-neft iqtisadiyyatının dayanıqlı inkişafda töhfəverici rol oynayacağını da proqnozlaşdırır. Yeri gəlmişkəm, DB-nin bir müddət əvvəl “Qlobal İqtisadi Perspektivlər” adlı hesabatında Azərbaycanla bağlı proqnozlar yenilənib. Sənəddə ümumi daxili məhsul (ÜDM) istehsalı cari ildə 2,8 faiz, 2026-cı ildə isə 3,4 faiz proqnozlaşdırılır. 2025-2026-cı illərdə Azərbaycanda inflyasiyanın isə 2,3-3 faiz olacağı ehtimal edilir.

2030-cu ilə dair Milli Prioritetlərə dəstək

DB ilə Azərbaycan arasında əməkdaşlığın gündəliyində iqlim dəyişikliklərinə qarşı mübarizə, “yaşıl iqtisadiyyat” və “yaşıl enerji”  sahəsində yeni layihələrin icrası da dayanır. Bank “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in 5-ci istiqaməti olan “təmiz ətraf mühit və yaşıl artım ölkəsi” hədəfinin reallaşmasına töhfə verəcəyini bəyan edib. Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanda bərpa olunan enerji mənbələri və batareya enerji saxlanc sistemləri sektoruna özəl investisiyaları cəlb edəcək. Hazırda çoxtərəfli investisiya Zəmanəti Agentliyi beynəlxalq investorlara kredit zəmanətlərinin verilməsi imkanlarını nəzərdən keçirir, ölkədəki maliyyə vasitəliləri isə maliyyələndirmə qaydalarının sadələşdirilməsi və iqlim investisiyaları risklərinin azaldılması üçün dəstək alacaq.

Hədəf prioritetlərindən biri dənizdə k?lək enerjisinin istehsalı infrastrukturlarının qurulmasıdır. Həmçinin, 760 MVt gücündə Bankə və Biləsuvar günəş enerjisi layihələrinin enerji sisteminə qoşulması, günəş panelləri infrastrukturunun genişləndirilməsi, “yaşıl hidrogen” istehsalı və digər bərpa olunan sahələrə investisiyalar təşviq olunacaq.

Ümumilikdə, Dünya Bankı 2027-ci ilədək ölkəmizdə 8 külək və Günəş elektrik stansiyalarının qurulması və enerji sisteminə inteqrasiyası məqsədilə maliyyə dəstəyini göstərəcək. Həmçinin, işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji mənbələrinə sərmayələrin yönəldilməsi, “ağıllı şəhər və ağıllı kənd” konsepsiyalarının tətbiqində “yaşıl texnologiyalar”ın və “yaşıl enerji zonası” layihələrinin icrasında da yaxından iştirakını etmək marağını ifadə edib. DB, həmçinin, bərpa olunan enerjinin ixracında və regional “yaşıl enerji” dəhlizinin yaradılmasımnda da maliyyə təminatçısı olmaq niyyətini bəyan edib.

E.CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Mart 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri