Dünya Bankı yenidənqurma üçün Livana 250 milyon dollar kredit ayırır
Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Dünya Bankı yenidənqurma üçün Livana 250 milyon dollar kredit ayırır.
Banco.az xəbər verir ki, Livan Maliyyə Nazirliyinin yazılı açıqlamasında bildirilib ki, maliyyə naziri Yasin Cabir Dünya Bankının regional direktoru Jan-Kristof Karre ilə İsrailin Livana qarşı hücumları nəticəsində zərər görmüş bölgələrdə infrastrukturun yenidən qurulması üçün kredit sazişi imzalayıb.
Nazir Cabir imzaladıqları 250 milyon dollarlıq kreditlə infrastrukturun yenidən qurulması üçün bir fond yaradacaqlarını və bu fondun 1 milyard dollara çatacağına ümid etdiklərini qeyd edib.
Cabir kreditin son hücumlarda zərər görmüş elektrik, su, yol, məktəb və xəstəxanaların infrastrukturuna yönəldiləcəyini bildirib.
Dünya Bankının regional direktoru Karre isə kreditin Livana təcili dəstək layihəsi çərçivəsində təqdim edildiyini və Livan hökumətinin bərpa və yenidənqurma strategiyasının bir hissəsini təşkil etdiyini vurğulayıb.
Karre zədələnmiş ictimai infrastrukturu bərpa etməyi hədəfləyən bu layihə ilə dayanıqlı, inklüziv və iqlimə davamlı yenidənqurmanın təməlini qoyacaqlarını ifadə edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
Baxış sayı:163
Bu xəbər 27 Avqust 2025 00:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















