Dünya Bankının Azərbaycandakı perspektivləri müzakirə olunub
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 31 oktyabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov ölkəmizdə səfərdə olan Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiyada rifah üzrə regional direktoru Əsəd Ələmin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AMB-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı ölkədə makroiqtisadi vəziyyət, maliyyə sektorunda həyata keçirilən islahatlar, eləcə də rəqəmsal ödənişlərin inkişaf məsələləri müzakirə olunub. Eyni zamanda, Mərkəzi Bank ilə əməkdaşlıq çərçivəsində DB tərəfindən icra edilən “Maliyyə sektorunun modernləşdirilməsi 3” layihəsi üzrə həyata keçirilmiş və nəzərdə tutulan işlər barədə danışılıb.
Görüşdə, həmçinin DB-nin Azərbaycandakı fəaliyyəti və gələcək perspektivləri üzrə ətraflı fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 31 Oktyabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















