Icma.az
close
up
RU
Dünya Bankının nümayəndə heyəti ilə karbon qiymətqoyma məsələləri müzakirə edilib

Dünya Bankının nümayəndə heyəti ilə karbon qiymətqoyma məsələləri müzakirə edilib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 30 may, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) Dünya Bankının “Karbon qiymətləri – Bazar Hazırlığı Tərəfdaşlığı” (PMI) üzrə dəstək missiyası ilə görüş keçirilib.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə karbon qiymətqoyma məsələləri ilə bağlı müxtəlif yanaşmalar müzakirə edilib.

DVX-nin rəis müavini Samirə Musayeva yaşıl iqtisadiyyat modelinin qurulması və enerji səmərəliliyinin təmin edilməsi istiqamətində vergi sistemində həyata keçirilən islahatlar barədə məlumat verib, vergi qanunvericiliyində yer alan güzəştlər və stimullaşdırıcı mexanizmləri diqqətə çatdırıb. Bildirib ki, karbon qiymətqoyma ədalətli yanaşma, dərin təhlil, hərtərəfli araşdırma tələb edən mühüm bir vasitədir və “yaşıl həllər”in tədqiqində Dünya Bankının aktiv fəaliyyəti təqdirəlayiqdir.

Dünya Bankının Baş iqlim dəyişikliyi mütəxəssisi və Azərbaycan üzrə tapşırıq qrupunun rəhbəri Yasemin Örücü “Bazar Hazırlığı Tərəfdaşlığı” çərçivəsinin mahiyyəti və gözləntilər barədə məlumat verib.

Y. Örücü missiyanın əsas məqsədinin karbon qiymətləri və Paris Sazişinin 6-cı maddəsi üzrə hazırlıq qiymətləndirməsinə dair məlumatları paylaşmaq, aidiyyəti qurumlarla məsləhətləşmələr aparmaq və maraqlı tərəflərin rəylərini toplamaq olduğunu qeyd edib.

Tərəflər enerji sistemlərinin sürətlənən transformasiyası və ölkələrin karbon izini azaltmaq təşəbbüsləri fonunda atılan addımlar barədə fikirlərini bölüşüblər. Görüşdə perspektiv əməkdaşlıq istiqamətləri ətraflı müzakirə edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri