Icma.az
close
up
RU
Dünya bazarında təbii qaz ucuzlaşır

Dünya bazarında təbii qaz ucuzlaşır

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 19 fevral, AZƏRTAC

Ötən illərin böhranlarından dərs çıxaran Avropa dövlətləri qışın ikinci yarısında havaların nisbətən sabitləşməsini müşahidə edən kimi qaz anbarlarını dolduraraq ehtiyatını artırmağa başlayıblar. Qaz ehtiyatı hər zaman bazardakı qiymətə təsir göstərir. Bu ilin əvvəllərində qışın sərt keçməsi anbarlarda saxlanılan qazın həcminin tez bir zamanda azalmasına səbəb oldu ki, bu da 100 kubmetr təbii qazın qiymətini 700 dollardan çox artırdı.

AZƏRTAC xəbər verir ki, qaz bazarında qiymətlərin sabit qalmasının səbəblərindən biri də maye qazın (LNG) nəqlində problem baş verməməsidir.

Dünya bazarına çıxarılan neftin 20 faizi Yaxın Şərq ölkələrindən (Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, İraq) nəql edilərək Hörmüz boğazından keçir. ABŞ-İran münasibətlərinin gərginliyi və bu fonda Körfəzin hərbiləşməsi neftin bazara nəqlində problemlər yaradır ki, bu da qiymət artımı ilə nəticələnib. Lakin istər təbii, istərsə də LNG-nin dünya bazarına çıxarılmasında nəqliyyat problemi müşahidə olunmur. LNG ABŞ-da Avropaya gəmilərlə rahat daşınır.

Niderland TTF habının məlumatına görə, yanvar ayında 1000 kubmetri 530 dollara satılan təbii qazın qiyməti hazırda 7 faiz azalaraq 400 dollardan aşağı düşüb.

Qeyd edək ki, yanvarın sonunda təbii qaz həm Amerikada, həm də Avropada soyuq havalar səbəbi ilə kəskin dəyər qazanmışdı. Avropada hər 1000 kubmetr təbii qazın qiyməti 630 dollara qədər bahalaşmışdı. Beləliklə, enerji bazarında qaz seqmentində qısamüddətli eniş müşahidə olunur. Qiymət dəyişməsi xüsusilə mövsümi tələb, ehtiyat səviyyəsi və qlobal LNG axınları ilə əlaqələndirilir.

ABŞ Enerji İnformasiyalarının Analizi İnstitutunun hesabatına görə, 2030-cu ilə kimi Yaxın Şərq ölkələrində qaz hasilatı 23 faiz artacaq.

“Wood Mackenzie” şirkətinin analitikləri hesab edir ki, 5 ildən sonra bu regionda qaz hasilatı 2 dəfə artaraq rekord həddə çatacaq. Əgər 2010-cu ildə bu regionda 470 milyard kubmetr qaz hasil edilirdisə 2030-cu ildə gündəlik 1 trilyon təbii qaz hasil edilərək bazara çıxarılacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Fevral 2026 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri