Dünya bazarlarında neft iki dollara yaxın bahalaşıb
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dünya bazarlarında neft iki dollara yaxın bahalaşıb.
"APA-Economics"in məlumatına görə, iyulun 11-də dünya bazarlarında neft qiymətləri artıb.
Belə ki, Nyu-York birjasında (NYMEX) WTI markalı xam neftin avqust fyuçerslərinin qiyməti 1,88 ABŞ dolları və ya 2,82% artaraq 68,45 dollar/barel təşkil edib.
ICE London birjasında Brent markalı neftin sentyabr fyuçersləri isə 1,72 dollar və ya 2,51% bahalaşaraq 70,36 dollar/barel olub.
Analitiklər qeyd edirlər ki, qiymət artımı əsasən ABŞ-da neft ehtiyatlarının azalması, Çin və Hindistan kimi iri istehlakçılardan gələn tələbat siqnalları, dolların zəifləməsi və Yaxın Şərqdə artan geosiyasi gərginliklərlə izah olunur. Bu faktorlar bazarda təklif və tələbat balansına dair narahatlıqları gücləndirib.
Baxış sayı:125
Bu xəbər 12 İyul 2025 09:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















