Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

“Dünya böyük geopolitik dəyişikliklər astanasındadır”

“Dünya böyük geopolitik dəyişikliklər astanasındadır”

Icma.az bildirir, Adelet.az portalına istinadən.

“Belə bir ərəfədə baş verən hadisələrə emosional və səthi yanaşma, prosesləri rəğbət və nifrət, arzu və xəyallar əsasında izah etmək kökündən yanlışdır. Yanlış düşüncəyləsə doğru ünvana gedilməz, düzgün nəticə çıxarılmaz!3 müsəlman ölkəsinin – Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının avqustun 7-də Məkkədə imzaladığı müdafiə sazişi də hazırda dünyada gedən geopolitik dəyişikliklərin təsirindən doğan mühüm strateji addımdır və ona münasibətdə emosional məzhəbçi yanaşma yalnız fitnə salar, bizi fəlakətə götürər”.

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib. 

O, bildirib ki, uzun illərdir Yaxın Şərqin zəngin neft ehtiyatlarına və strateji nöqtələrinə nəzarət etmək istəyən ABŞ-İsrail ittifaqının İrana qarşı hərbi əməliyyatlarının uğursuzluğa düçar olması indiyədək bu ittifaqa boyun əymiş müsəlman ölkələrində də oyanış, canlanma və dirçəliş yaradıb:
“28 fevralda başlayan savaşda İran dövlətinin və xalqının səlibçi-sionist ittifaqına qarşı ləyaqətli müqaviməti Yaxın Şərqin 11 müsəlman ölkəsində 50-dən çox hərbi baza və düşərgə saxlayan ABŞ-İsrail ittifaqının “toxunulmazlıq” mfini tamamilə darmadağın edib.ABŞ-a, İsrailə bağlı rəhbərləri vaxtilə bu hərbi bazaların qurulmasını həmin ölkələrin təhlükəsizliyini təmin edəcəyi arqumentiylə əsaslandırsalar da, indi bu ölkələrin xalqları açıqca görürlər ki, bu bazların yeganə missiyası işğalçı İsrailin və onlara xidmət edən rejimlərin təhlükəsizliyini təmin etmək olub, artıq heç bunun da öhdəsindən gələ bilmirlər”. 

E.Şükürlü deyib ki, İran raketlərindən özünü qoruya bilməyən hərbi baza başqasını necə qoruyacaq:

“Uzun illər boyu zəhərlənmiş, yad ideyalarla doldurulmuş ictimai şüurda olan bu dəyişiklik artıq Yaxın Şərqdəki ərəb ölkələrinin hakimiyyətlərinin də mövqeyinə əhəmiyyətli təsir edir. Baxın, ABŞ kəşfiyyatının özünün yaratdığı “islamçı terrorçular”la mübarizə bəhanəsiylə Əfqanıstanda, İraqda, Liviya və Suriyada aparılan işğalçı müharibələrdən fərqli olaraq, bu dəfə İrana qarşı əməliyyatlar ABŞ bazlarının mövcud olduğu müsəlman ölkələrinin əksəriyyəti tərəfindən dəstəklənmədi.Hətta ABŞ və İsrailin gözləntilərinin və planlaşdırmalarının əksinə olaraq, iki mühüm ölkə - Türkiyə və Pakistan açıqca İranın yanında yer aldı - həm ərazilərini İranın düşmənlərinə vermədi, həm də gərəkli informasiya ilə təchiz etdi...Səbəb də o idi ki, vaxtilə ABŞ-la, İsraillə əməkdaşlıq edən ölkələrin rəhbərliyində belə, əhəmiyyətli düşüncə və kadr dəyişikliyi baş verib”. 

Onun sözlərinə görə, Türkiyənin indiki rəhbərliyində yer alan isimlərin əksəriyyəti vaxtilə “Gülən hərəkatı”yla bir yerdə, eyni cinahda olublar, ancaq bu da faktdır ki, 2016-cı il hadisələrindən sonra FETÖ-nü çökdürən, bütün regionda əl-qolunu bağlayan, digər müsəlman ölkələriylə, o cümlədən İranla da əlaqələri yeniləyən və Türkiyənin özündə şiələrin sıxışdırılmasının qarşısını alan da məhz bu adamlardır, axı:

“Eyni zamanda, prezident Ərdoğanın özü və komanda üzvləri, xüsusən də yüksək elmi-siyasi hazırlığı, irfani düşüncələriylə seçilən İbrahim Kalın, İsrailə qarşı dünyanın hər yerində, hər tribunada cəsarətlə danışan Hakan Fidan kimi isimlər, faktiki olaraq, bu gün rəhmətlik professor Nəcməddin Ərbakanın ideyaları üzrə hərəkət edirlər.Elə gələcəkdə İslam Birliyinin yaradılması üçün İslam Ölkələrinin Müdafiə Şurasının formaşaldırılması işinə məhz Məkkədən – əziz Peyğəmbərimizin (s.ə.s.) doğulduğu şəhərdən başlaması və genişləndirilməsi ideyası da o böyük zəka sahibinə - Nəcməddin Ərbəkana məxsusdur. Bunu indi aparıb ABŞ-a, İsrailə bağlamaq təkcə bilgisizlik əlaməti deyil, eyni zamanda, o böyük elm və iman sahibinin ruhuna hörmətsizlikdir!Rəhmətlik professor Ərbakan hesab edirdi ki, dünya neft ehtiyatının 50%-dən çoxuna sahib olan 4 müsəlman ölkəsinə - Küveyt, Səudiyyə Ərəbistanı, İraq və İrana nəzarət təkcə bu enerji qaynağına və qlobal sərmayə qoyuluşuna nəzarət deyil, eyni zamanda, bütün bəşəriyyətə ağalıq etmək imkanıdır.Türkiyənin xristian dəyərləri və mədəniyyəti üzərində qurulan Avropa İttifaqına üzv olmaq siyasətindən əl çəkməsinin və bu birliyin silahlı gücü olan NATO-dan uzaqlaşaraq, İslam ölkələrinin real hərbi, siyasi və iqtisadi birliyi üçün çalışmasının, hətta ortaq sülhməramlı missiya yaradılmasının gərək olduğunu vurğulayan Ərbakan yazır:“...Milyonlarla müsəlman qanının axıdılması, müsəlman ölkələrinin viran olub zəif düşməsi və xarici qüvvələrin alətinə çevrilərək bir-birilə vuruşmasının qarşısını almaq üçün sülhə gəlməyin sonsuz faydası var. Əgər müsəlman ölkələrin iştirakı ilə formalaşacaq bir Sülh Missiyasının Səudiyyə Ərəbistanı və Küveytin müdafiəsinin məsuliyyətini öz üzərinə götürməsi təmin edilə bilsəydi, bu, Müsəlman Ölkələri Müdafiə Əməkdaşlığı Təşkilatının ilk rüşeymini təşkil edə bilərdi”.Avqustun 7-də Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının imzaladğı “Məkkə sazişi”, əslində, Müsəlman Ölkələri Müdafiə Əməkdaşlığı Təşkilatının qurulması istiqamətində atılan ilk addım, rüşeymdir”.

Politoloq bildirib ki, bu Sazişin imzalanmasında Türkiyə və onun prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı, başqa bir islamçı düşüncə sahibi olan mühüm fiqur – Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, feldmarşal Seyid Asim Munir Əhməd Şah da çox böyük rol oynayıb:

“Pakistan Silahlı Qüvvələrinin Qərbdə hərbi təhsil almayan, “Quran” hafizi olan, kökəncə Peyğəmbər (s.ə.s.) soyuna bağlı bu nüfuzlu komandanı ABŞ-İran danışıqlarında da çox böyük rol oynayıb...Şübhəsiz ki, işin arxasında ABŞ-la Yaxın Şərqdə çox böyük rəqabət aparan və son illər müsəlman ölkələriylə sürətlə yaxınlaşan başqa bir güc – Çin də var.İndi hələlik bütün dünyada müsəlmanların qoruyucusu kimi çıxış etmək imkanlarına sahib iki ölkə - həm də Azərbaycanın iki strateji müttəfiqi – Türkiyə və Pakistan İslam dünyasının paytaxtının yerləşdiyi ölkəni – Səudiyyə Ərəbistanını ABŞ-İsrail tandeminin cəngindən qoparıb öz tərəflərinə çəkmək, bağlamaq istəyirlərsə, nə gözəl, bunu ancaq təqdir etmək gərəkdir!Təki bu sazişin bizi məzhəb qarşıdurmasına götürəcək və Henri Kissincerin də 2014-cü ildəki kitabında göstərdiyi kimi, “İrana qarşı sünni ölkələr + İsrail birliyi” olmadığını hər kəsin görə biləcəyi addımlar atılsın - tezliklə ora bütün müsəlmanların əvəzindən vuruşan İran, hətta ölkəmiz Azərbaycan da qoşulsun; Məkkə Sazişi bütün müsəlman dövlətləri bir araya gətirəcək həqiqi İslam Birliyi, əsl müsəlman qardaşlığı olsun; dünyaya Adil Düzəni də elə Məkkədə atılan bu addım gətirsin!Allaha duamızsa budur: bəşəriyyətin ən İşıqlı Adamının doğulduğu və doğru yaşamağın yolunu göstərən Kitabın endirildiyi o müqəddəs torpaqlarda imzalanmış bir sənəd, nəhayət ki, İslam Ümmətinin, xüsusilə də Ümmətə rəhbərlik edənlərin oyanışı və vəhdəti üçün həqiqi təməl, bünövrə olsun!”.

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://adalet.az
archiveBu xəbər 10 Avqust 2026 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see601

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see428

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see424

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see393

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see376

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see372

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see334

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see273

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see258

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see256

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see237

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see237

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see219

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see217

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see216

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see213

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see212

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see210

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see198

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri