“Dünya çempionatı yenidən ABŞ da keçirilsin”
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ prezidenti Donald Tramp DÇ-2026-nın İspaniya – Argentina finalı öncəsi növbəti dünya çempionatlarının da ölkəsində keçirilməsini istədiyini bildirib.
QOL.az Yahoo Sport-a istinadən xəbər verir ki, o, FİFA prezidenti Canni İnfantino ilə bu barədə danışdığını deyib.
“İnfantinoya dedim: bilirsiniz, nə etməliyik? Dünya çempionatını yenidən ABŞ-da keçirməliyik. Bu dəfə Kanada və Meksikanı kənarda qoyaq. Baxmayaraq ki, onların namizədliyə daxil edilməsində çox nəzakətli davranmışdım. Əgər turniri yenidən bizə versəniz, sonra isə növbəti mundialı başqa ölkəyə həvalə etsəniz, bu, insanların qəzəbini, nifrətini və gərginliyini azaldar”.
Tramp FİFA prezidentinin daha bir ideyasını da açıqlayıb:
“Canni dedi ki, növbəti dəfə dünya çempionatını ABŞ və Çin birlikdə təşkil edə bilər. Çin və ABŞ. Onda oyunlar arasında uçuşlar çox qısa olacaq. Futbolçuların da bundan xoşu gələcək”.
Baxış sayı:115
Bu xəbər 18 İyul 2026 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















