Icma.az
close
up
RU
Dünya çempionatının “atası”: Jül Remi kimdir?

Dünya çempionatının “atası”: Jül Remi kimdir?

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Beynəlxalq futbol tarixinə adını qızıl hərflərlə yazdıran Jül Remi (Jules Rimet, bu gün milyardlarla insanı ekran qarşısına kilidləyən Futbol üzrə dünya çempionatının əsas ideya müəllifi və yaradıcısıdır.

”Yeni Sabah” xəbər verir ki, 1873-cü ildə Fransada doğulan bu uzaqgörən idman funksioneri, ixtisasca hüquqşünas idi və futbolun sadəcə bir oyun deyil, insanları birləşdirən, sinfi fərqləri ortadan qaldıran universal bir sosial güc olduğuna inanırdı. Məhz bu inamın nəticəsi olaraq o, gənclik illərində, 1897-ci ildə Fransanın köklü klublarından olan "Red Star"ı təsis etdi.

Birinci Dünya müharibəsində iştirak edərək göstərdiyi şücaətə görə müharibə xaçı ordeni ilə təltif olunan Remi cəbhədən qayıtdıqdan sonra bütün enerjisini futbolun qloballaşmasına həsr etdi. Pepperoni pizza

Onun idman idarəçiliyindəki ən böyük missiyası 1921-ci ildə FIFA prezidenti seçilməsi ilə başladı. Tam 33 il ərzində bu vəzifəni icra edərək FIFA tarixində ən uzunmüddətli prezident olan Remi, qurumu müharibənin gətirdiyi siyasi və iqtisadi böhrandan çıxararaq qlobal bir gücə çevirdi.

O dövrdə beynəlxalq futbol yarışları yalnız Olimpiya Oyunları çərçivəsində təşkil olunurdu. Lakin Olimpiadanın ciddi "həvəskar statusu" tələbi sürətlə inkişaf edən peşəkar futbolçuların bu turnirlərdə çıxışını qeyri-mümkün edirdi. Jül Remi futbolun ən yaxşılarının mübarizə apara biləcəyi, Olimpiadadan tamamilə müstəqil və bütün dünya xalqlarını əhatə edən böyük bir çempionatın zəruriliyini müdafiə etməyə başladı.

Reminin illərlə davam edən diplomatik səyləri Avropa klublarının müqavimətinə və səyahət çətinliklərinə qarşı göstərdiyi qətiyyət nəticəsində 1930-cu ildə Uruqvayda ilk Dünya Çempionatı reallığa çevrildi.

İlk turnirin uğurla baş tutması dünya idmanında yeni bir eranın başlanğıcı oldu. Onun bu misilsiz xidmətlərinin rəmzi olaraq, dünya çempionatının qaliblərinə təqdim olunan yunan qələbə ilahəsi Nikenin təsvir edildiyi ilk orijinal qızıl kubok məhz "Jül Remi Kuboku" adlandırıldı.

Qaydalara əsasən, bu kuboku üç dəfə qazanan ölkə onu əbədi olaraq öz muzeyində saxlamaq hüququ əldə edirdi ki, bu nailiyyəti də ilk dəfə 1970-ci ildə Braziliya yığması gerçəkləşdirdi. Futbolu kütləvi bəşəri hərəkata çevirən, xalqlar arasında sülh və dostluq körpüləri quran Jül Remi 1954-cü ildə FIFA rəhbərliyindən ayrıldı və iki il sonra, 1956-cı ildə Nobel Sülh Mükafatına namizəd göstərildiyi il vəfat etdi.

Onun miras qoyduğu çempionat isə bu gün də planetin ən möhtəşəm idman hadisəsi statusunu qoruyub saxlayır.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 23 İyun 2026 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see738

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see543

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see305

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see287

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see274

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see271

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see267

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see267

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see259

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see223

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see202

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see193

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see191

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see187

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see186

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see185

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see180

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see175

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri