“Dünya çempionatının Bakıda keçiriləcəyinə görə xoşbəxtik” Dünya Minifutbol Federasiyasının Prezidenti bildirdi
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"İlk dədə 8 il əvvəl Bakıya təşrif buyurmuşdum. Həmin vaxt Azərbaycanda minifutbolun inkişafı ilə bağlı müzakirələr aparmışdıq".
SİA xəbər verir ki, bunu Dünya Minifutbol Federasiyasının prezidenti Filip Yuda bu gün Bakıda keçirilən dünya çempionatının püşkatma mərasimində deyib.
O, Azərbaycanda bu idman növsünün inkişaf etdiyini və ölkəmizin dünya çempionatını yüksək səviyyədə təşkil edəcəyindən əmin olduğunu bildirib: "Dünya Minifutbol Federasiyası adından Orxan Məmmədovu təbrik edirəm. O, minifutbolun inkişafı üçün müxtəlif tədbirlər təşkil edib. Onun səyləri dünya çempionatını Bakıya gətirdi. Biz məhz Azərbaycan paytaxtının lehinə qərar verdik. Orxan Məmmədova təşəkkür edirəm ki, minifutbolu Azərbaycanda bu cür inkişaf etdirir. Dünən ölkə çempionatının finalını izlədim. Həqiqətən də möhtəşəm idi. Bakıdakı dünya çempionatının əla təşkil ediləcəyinə inanıram. Azərbaycan Minifutbol Federasiyası tədbirin təşkilində fəal iştirak edir. Onlara uğurlar arzulayıram".
Qeyd edək ki, turnir mayın 21-dən iyunun 1-nə kimi davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 12 Mart 2025 20:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















