Bakıda Dünya Minifutbol Federasiyasının Baş Assambleyasının iclası keçirilib
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 27 may, AZƏRTAC
Bakıda Dünya Minifutbol Federasiyasının Baş Assambleyasının iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Dünya Minifutbol Federasiyasına üzv olan bütün ölkələrin nümayəndələri iştirak edib. İclası açıq elan edən Dünya Minifutbol Federasiyasının prezidenti Filip Juda gündəlik barədə məlumat verib. O, Bakı şəhərində keçirilən minifutbol üzrə dünya çempionatının yüksək səviyyədə təşkil edildiyini vurğulayıb. Mundialın gözlənildiyindən də yaxşı səviyyədə keçirilməsinə görə ölkə rəhbərliyinə və Azərbaycan Minifutbol Federasiyasına minnətdarlığını çatdıran təşkilat rəsmisi bundan sonra beynəlxalq yarışlara ev sahibi etmək istəyən ölkələrə Azərbaycanı nümunə kimi göstərəcəklərini ifadə edib.
Qeyd edək ki, Dünya Minifutbol Federasiyasının Baş Assambleyasının iclasında minifutbolla bağlı bir sıra mühüm məsələlərin müzakirəsi aparılaraq bu idman növünün inkişafı üçün vacib qərarlar qəbul edilib. Tədbirdə, həmçinin 2024-cü ilin yekunları, təşkilata yeni üzv ölkələrin qəbulu və minifutbolun gələcəyi ilə bağlı fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 27 May 2025 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















