Dünya çempionluğunu xalqımıza ərmağan edirəm
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanın minifutbol millisinin baş məşqçisi Elşad Quliyev Macarıstan üzərində qələbə qazanaraq dünya çempionu olmalarını şərh edib.
“Ölkə.az” xəbər verir ki, mütəxəssis qazanılan qələbəyə görə Azərbaycan xalqını təbrik edib:
"Bütün xalqımızı təbrik edirəm. Çox gözəl qələbə oldu. Bunu xalqımıza ərmağan edirəm. Bu qalibiyyətdə əməyi olan hər kəsə, rəhbərliyə təşəkkür edirəm. Möhtəşəm qələbə idi. Bu hissləri yaşamaq lazımdır. Futbolda uduzmaq və qələbə qazanmaq da olur. Bütün oyunlara yüksək templə başlayarıq. Bu dəfə bütün istədiklərimizi həyata keçirə bildiyimiz üçün böyük hesab qeydə alındı".
Qeyd edək ki, Azərbaycan yığması finalda Macarıstana 4:2 hesabı ilə qalib gələrək mundialın qalibi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 01 İyun 2025 21:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















