Icma.az
close
up
RU
Dünya çempionu niyə azadlıqda qaldı? “1 manat da ödəmədi...”

Dünya çempionu niyə azadlıqda qaldı? “1 manat da ödəmədi...”

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dələduzluq əməlində təqsirli bilinən kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustası Elman Mirzəyevin cinayət işi üzrə zərərçəkmiş şəxs ona şərti cəza verilməsindən narazıdır.

“Qafqazinfo”ya müraciət edən zərərçəkmiş A.Ağayev E.Mirzəyevin cinayət törətməsinin sübuta yetirilməsinə baxmayaraq, onun həbs edilməməsinin və vurulmuş zərərin ödənilməməsinin ədalətsiz olduğunu deyir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Şəlalə Həsənovanın verdiyi hökmdən narazılıq ifadə edən şikayətçi E.Mirzəyevin vurduğu zərərə baxmayaraq, azadlıqda qalmasının anlaşılmaz olduğunu bildirib.

Məlumata görə, tanınmış idmançı Elman Mirzəyev avtosalonda maşın alqı-satqısı ilə məşğul olub. İttihamda bildirilib ki, o, A.Ağayev və M.Əliyevə dəyərindən artıq “Range Rover” və “Bentley” markalı avtomobillər gətirəcəyi ilə bağlı yalan vəd verərək külli miqdarda pul ələ keçirib. E.Mirzəyev daha əvvəl həbs edilsə də, sonradan ev dustaqlığına buraxılıb. Bakı Ağır Cinatyətlər Məhkəməsi isə ona şərti cəza təyin edib.

A.Ağayev bildirib ki, məhkəmə E.Mirzəyevə şərti cəza verərkən ona vurulmuş zərərin ödənilməməsini nəzərə almayıb: “Qəribədir ki, zərərçəkmiş şəxs bizə vurulmuş ziyandan bir manat belə ödənilmədən belə bir hökm çıxarıldı. Belə ki, mənim adıma olan nəqliyyat vasitəsi ölkədə olmadığım vaxt, heç bir etibarnamə olmadan Elman Mirzəyev tərəfindən qanunsuz olaraq satılıb və dövlət qurumunun əməkdaşı ilə birgə saxta yolla özgəninkiləşdirilib. M.Əliyev isə 75 min dollar ödəməsinə baxmayaraq, ona vəd edilən avtomobil təhvil verilməyib. Bütün bunlarla bağlı yetərli qədər sübutlar mövcuddur və hamısını təqdim etmişik. Düşünürük ki, qarşı tərəfin hansısa qanunsuz addımları nəticəsində bu hökm verildi. Əgər ona şərti cəza verilirdisə, bizə külli miqdarda zərər vurmuş Elman Mirzəyevin əmlakları ilə bağlı mülki iddiamız təmin edilməli, bizə dəymiş zərərin ödənilməsi istiqamətində addımlar atılmalı idi. Lakin məhkəmə əmlaklarla bağlı mülki iddiamızı baxılmamış saxladı”.

Fotoda: Elman Mirzəyev

Vətəndaş bildirib ki, məsələ ilə bağlı apellyasiya şikayəti veriblər: “Biz apellyasiyaya müraciət etdik ki, bu hökmü ləğv etsinlər. Çünki mən ölkədə olmadığım bir zamanda E.Mirzəyev mənə məxsus avtomobili qeyri-qanuni yolla sataraq pulunu ələ keçirib. Halbuki maşın mənim adıma olub, ona heç bir etibarnamə də verməmişəm. Buna dair kifayət qədər sübutlar var, bütün yazışmaları, səs yazılarını və sair birinci instansiya məhkəməsində də təqdim etmişdim. Həmin yazışmalarda Elman Mirzəyev törətdiyi əməli özü də etiraf edir. Hətta avtomobilin satışını sənədləşdirən qurumun əməkdaşı da məhkəməyə gələrək etiraf edib. Biz inanırıq ki, apellyasiya instansiyasında məsələyə obyektiv baxılacaq və ədalətli qərar çıxarılacaq. Ən azından bizə vurulmuş maddi zərərin ödənilməsi istiqamətində müvafiq qərar veriləcək”.

Bakı Ağır Cinayətlər Məhkəməsindən sorğumuza cavab olaraq bildirilib ki, məhkəmə tərəfindən qeyd olunan cinayət işi üzrə hökm iş materiallarında olan sübutların məcmusu və qüvvədə olan qanunvericiliyin tələbləri əsasında qəbul edilib: “Hökmdən təqsirləndirilən şəxslər və zərərçəkən apellyasiya şikayətləri, dövlət ittihamçısı isə apellyasiya protesti veriblər. İş üzrə qəbul edilmiş yekun məhkəmə aktına qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəməsində baxılaraq hüquqi qiymət veriləcək”.

Əldə etdiyimiz məlumata görə, apellyasiya şikayəti üzrə məhkəmə prosesi avqustun 19-da hakim İbrahim İbrahimlinin sədrliyi ilə başlayacaq.

Aslan Vəliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Avqust 2026 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri