Icma.az
close
up
RU
Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 30 sentyabr, AZƏRTAC

Şükürlər olsun ki, bütün çəkilərdə medal qazandıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 26-27-də Yunanıstanın Katerini şəhərində keçirilən çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsində uğurla çıxış edən Azərbaycan milli komandasının baş məşqçisi Oyan Nəzəriani deyib.

O bildirib ki, komanda yarışa ciddi hazırlıqla qatılıb və qarşıya qoyulan məqsədlərə nail olub: “Çox güclü yarış oldu. Çoxlu sayda iştirakçı var idi. Keçən ilin final mərhələsindən sonra iki qızıl medal qazanmışdıq. Elə həmin yarışdan qayıdandan sonra burada söz verdik ki, gələn il 4 çəkidə iştirak edəcəyik və komanda şəklində iddiamızı ortaya qoyacağıq. Bütün çəkilərdə medal qazanıldı. İki qızıl və iki bürünc medal oldu və komanda hesabında dünya çempionu olduq”.

Mütəxəssis Azərbaycanın çimərlik güləşində iddialı ölkələrdən biri olduğunu vurğulayıb: “Azərbaycan Güləş Federasiyasının bizə verdiyi dəstək danılmazdır. Vaxtaşırı təşkil edilən yüksəksəviyyəli təlim-məşq toplanışları və müxtəlif yığmaların ölkəmizə dəvəti bizim üçün çox faydalı oldu. İlk dəfə ölkəmizdə çimərlik güləşi üzrə U-17 dünya çempionatı və böyüklər arasında Dünya Seriyasının 4-cü mərhələsinin keçirilməsi xal ehtiyatımızı artırdı”.

“Final günü, yəni, sentyabrın 27-si Anım Gününə təsadüf edirdi. Bayrağımızı qarşımıza qoyduq və yarışın başladığı gün danışdıq ki, şəhidlər bu millət üçün canlarından keçiblər, biz də bu xalqa borcluyuq. Tələbələrimizə dedim ki, axıra qədər mübarizə aparaq, millətimizi sevindirək. Şükürlər olsun ki, elə də oldu”, - deyə o bildirib.

Dünyanın ən yaxşı məşqçisi seçilən Oyan Nəzəriani bunun sevindirici hal olduğunu söyləyib: “Mükafatı alanda da dedim ki, bu, mənim üçün həm də komanda uğurudur. Çünki heç bir şəxs təkbaşına büyük uğurlar qazana bilməz”.

Dünya çempionu Vüsal Əliyev qazandığı qələbəni şəhidlərimizə həsr etdiyini vurğulayıb: “Bu yarışa çox yaxşı hazırlaşmışdıq. Məşqçilərimizin rəhbərliyi altında 5 təlim-məşq toplanışı keçdik. Bildiyiniz kimi, ötən il də dünya çempionu olmuşdum. Titulu qoruyub saxlamağı bacardım. Çox sevincliyəm. Qələbəmi şəhidlərimizə həsr edirəm”.

Dünya Seriyasının digər qızıl medalçısı Əşrəf Aşırov isə çimərlik güləşində qazandığı uğurun komandanın məşqçilərinin düzgün yanaşmasının nəticəsi olduğunu bildirib: “Çimərlik güləşinə başlayanda məni burada nələrin gözlədiyini bilmirdim. Ancaq yığma komandanın məşqçilərinin iş planını, sistemini və yanaşmalarını gördükdən sonra onlara və uğur qazanacağıma inandım. Dünya Seriyasının 5 mərhələsindən 4-də qızıl medal qazandım. Gələn ilin planını bilmirəm. Hazırda qarşıdan gələn Azərbaycan çempionatına köklənirik. Ondan sonrasını zaman göstərəcək”.

Qeyd edək ki, sentyabrın 26-27-də Yunanıstanın Katerini şəhərində keçirilmiş Dünya Seriyasının final mərhələsində Vüsal Əliyev və Əşrəf Aşırov birinci, Camal Feyziyev, Sahib Dadaşov və Rübail İbrahimli isə üçüncü yeri tutublar. Azərbaycan millisi ilk dəfə komanda hesabında dünya çempionu olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2026 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri