Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Katerini, 27 sentyabr, AZƏRTAC
Sentyabrın 26-27-də Yunanıstanın Katerini şəhərində keçirilən çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsində Azərbaycan milli komandası uğurlu çıxış edib.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Oyan Nəzərianinin rəhbərlik etdiyi yığmanın üç üzvü yarışın final mərhələsində qızıl medal qazanıb. Vüsal Əliyev (80 kq), Əşrəf Aşırov (90 kq) və Camal Feyziyev (+90 kq) öz çəki dərəcələrində fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Rübail İbrahimli (70 kq) və Sahib Dadaşov (80 kq) isə yarışda bürünc medal əldə ediblər. Komanda hesabında 90 xal toplayan Azərbaycan millisi Dünya Seriyasının final mərhələsini birinci pillədə başa vurub.
Dünya Seriyasının beş mərhələsində toplanan xalların yekun nəticələrinə əsasən, mövsümün dünya çempionları da müəyyənləşib. Vüsal Əliyev (80 kq) karyerasında ikinci dəfə dünya çempionu tituluna sahib çıxıb. Bu il çimərlik güləşində debüt edən Əşrəf Aşırov (90 kq) da dünya çempionu olub.
Rübail İbrahimli (70 kq), Sahib Dadaşov (80 kq) və Camal Feyziyev (+90 kq) isə öz çəki dərəcələrində dünya üçüncüsü adını qazanıblar.
Beləliklə, iki qızıl və üç bürünc medal əldə edən Azərbaycan millisi komanda hesabında tarixində ilk dəfə çimərlik güləşi üzrə Dünya Seriyasının dünya çempionu olub.
Azərbaycan yığmasının mövsüm ərzindəki uğurlu çıxışı Dünya Güləş Birliyinin (UWW) də diqqətindən kənarda qalmayıb. UWW Oyan Nəzərianini çimərlik güləşində ilin ən yaxşı məşqçisi seçib. Çimərlik Güləşi Komitəsinin prezidenti Pedro Silva xüsusi mükafatı mütəxəssisə təqdim edib.
Qeyd edək ki, yarışda I-S dərəcəli hakim Asif Şirəliyev də ədaləti qoruyub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 27 Sentyabr 2026 23:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















