Icma.az
close
up
RU
Dünya cüdo ulduzları Bakıda toplanırlar

Dünya cüdo ulduzları Bakıda toplanırlar

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünya cüdosu ən böyük yarışlarından birinin astanasındadır. Yapon döyüş sənətinin ustaları bu dəfə Bakıda bir araya gəlir. Oktyabrın 4-dən 11-dək Azərbaycan paytaxtında cüdo üzrə dünya çempionatı keçiriləcək. Daha əvvəl 2018-ci ildə mundiala ev sahibliyi etmiş Bakı yenidən ən güclü tatami ustalarını qarşılayır. Milli Gimnastika Arenasında keçiriləcək dünya çempionatında 96 ölkədən 637 cüdoçu iştirak edəcək.

Onların 343-ü kişi, 294-ü qadındır. Kişilər və qadınlar yeddi çəki dərəcəsində mübarizə aparacaqlar. İlk yeddi gün fərdi yarışlara, oktyabrın 11-də isə qarışıq komanda yarışına həsr olunacaq.

Azərbaycan dünya çempionatında 23 cüdoçu ilə təmsil olunacaq. Onlardan 17-si kişi, altısı qadındır. Bu rəqəmin digər ölkələrlə müqayisədə nisbətən yüksək olmasının səbəbi ev sahibi ölkəyə Beynəlxalq Cüdo Federasiyası tərəfindən əlavə kvotaların verilməsidir. Beləliklə, Azərbaycan 12 çəki dərəcəsində tatamiyə çıxacaq.

Bakıvaxtı.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

İki Olimpiya çempionu

Hidayət Heydərov və Zəlim Kotsoyev Azərbaycanın son Olimpiya Oyunlarında qazandığı iki qızıl medalın müəllifləridir. İndi onlar dünya çempionatında doğma tribunaların qarşısına çıxacaqlar. 2024-cü ildə dünya çempionu adını qazanan idmançılarımız analoji uğuru təkrarlamaq niyyətindədirlər.

Hidayət Heydərov bu il Avropa çempionatında gümüş medal qazanıb. Mövsüm ərzində çəkisi ilə bağlı müəyyən problemlər yaşaması onun hazırlıq prosesinə təsirsiz ötüşməyib. Dünya çempionatına qədər bu məsələnin həll olunması və Heydərovun özünün optimal fiziki vəziyyətinə çatması Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Çünki 73 kq-da tatamiyə çıxan Olimpiya çempionundan medal gözləntisinin olması təbiidir.

Bu çəkidə onunla birlikdə Rəşid Məmmədəliyev də mübarizə aparacaq. Məmmədəliyev Bakıdakı dünya çempionatından əvvəl keçirilən son yarışda - Macarıstanda təşkil olunan Böyük Dəbilqədə qızıl medal qazanıb. Yəni Rəşid də mundiala yüksək əhvali-ruhiyyə ilə gəlir.

Zəlim Kotsoyevlə bağlı vəziyyət fərqlidir. Parisdə Olimpiya çempionu olan idmançımızın yarışa az müddət qalmış zədə problemi yaşaması onun hazırlığı ilə bağlı müəyyən çətinlik yaradıb. Belə bir turnirdə cüdoçunun fiziki vəziyyəti həlledici amillərdəndir.

Balabəyin liderlik məsuliyyəti

Medal ümidlərimiz yalnız Olimpiya çempionları ilə məhdudlaşmır.

60 kq-da Balabəy Ağayev dünya reytinqinin lideridir. Bu fakt özü Azərbaycan komandasının həmin çəkidəki böyük gözləntisini göstərir. Ağayevlə eyni çəkidə Əhməd Yusifov da çıxış edəcək. O, son iki Avropa çempionatında bürünc medal qazanıb. Hazırda Azərbaycanın 60 kq-da yalnız bir deyil, iki real medal namizədi var.

66 kq-da isə gənc nəslin nümayəndələri diqqət çəkirlər. Turan Bayramov son Avropa çempionatının bürünc medalçısıdır. Ruslan Paşayev də həmin çəkidə Azərbaycanı təmsil edəcək. Onların hər ikisi dünya reytinqində ilk onluqda yer alır. Eyni çəkidə Nizami İmranov da mübarizə aparacaq.

81 kq-da isə son dünya çempionatının bürünc medalçısı Zəlim Tçkayev ön plana çıxır. O, son iki Avropa çempionatında da bürünc medal qazanıb. Onunla yanaşı, Ömər Rəcəbli və Vüsal Qələndərzadə də tatamiyə çıxacaqlar.

90 kq-da üç cüdoçu ilə mübarizə aparacağıq. Murad Fətiyev, Elcan Hacıyev və Süleyman Şükürov milli komandanın heyətindədir. Bu çəkidə son dünya çempionatının bürünc medalçısı Elcan Hacıyev xüsusi diqqət çəkir.

100 kq-dan artıq çəkidə Azərbaycanı Uşanqi Kokauri, Kənan Nəsibov və Camal Qamzatxanov təmsil edəcəklər.

Qadınlarda isə vəziyyət bir qədər fərqlidir. 48 kq-da Şəfəq Həmidova və Könül Əliyeva, 52 kiloqramda Gültac Məmmədəliyeva, 57 kiloqramda Xədicə Qədəşova, 70 kiloqramda Südabə Ağayeva, +78 kiloqramda isə Madina Kaisinova Azərbaycanı təmsil edəcəklər. Qadınlardan ibarət komandadan medal gözləntisi kişilərlə müqayisədə yüksək deyil.

Yeni Olimpiya yolu

Bakı mundialını əhəmiyyətli edən məqamlardan biri də onun Olimpiya siklinə daxil olmasıdır. Ötən il Budapeştdə keçirilən dünya çempionatı olimpiada reytinqinə xal vermirdi. Yeni sikl məhz 2026-cı ildə start götürüb. Ulan-Bator Böyük Dəbilqəsindən etibarən cüdoçular Los-Anceles-2028 Olimpiya Oyunlarına vəsiqə uğrunda reytinq xalları toplamağa başlayıblar.

Burada tətbiq olunan sistemə əsasən, 2026-cı ildə idmançıların qazandığı dünya reytinq xallarının 50 faizi Olimpiya reytinqinə əlavə edilir. 2027 və 2028-ci illərdə keçiriləcək yarışlarda isə qazanılan xalların 100 faizi nəzərə alınacaq. Deməli, Bakıdakı mundial yalnız dünya çempionu olmaq üçün mübarizə deyil. Bu yarış Los-Ancelesə gedən yolun əsas dayanacaqlarından biridir.

Dünya cüdosunun elitası

Medal uğrunda mübarizə asan olmayacaq. Dünya çempionatında qitələrin ən güclü cüdoçuları iştirak edəcəklər.

Yaponiya yenə əsas favoritlərdən biridir. Onların mundialdakı hegemonluğu uzun illərdir davam edir. Fransa, Gürcüstan, Braziliya və Rusiya da müxtəlif çəkilərdə güclü heyətlə Bakıya gəlirlər. Asiya ölkələrindən Cənubi Koreya, Qazaxıstan və Özbəkistan cüdoçuları da medal mübarizəsində ciddi söz sahibi ola bilərlər.

Ölkəmizin dünya çempionatlarında ən yaxşı nəticəsi 2024-cü ildə Əbu-Dabidə qeydə alınıb. Azərbaycan həmin mundialı iki qızıl medalla komanda hesabında dördüncü pillədə başa vurub. 2018-ci ildə isə Bakıda keçirilən dünya çempionatında bir gümüş və bir bürünc medal qazanmışdıq. Sonuncu dünya çempionatı isə ötən il Budapeştdə keçirilib. Azərbaycan həmin yarışda üç bürünc medal qazanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 Oktyabr 2026 21:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see689

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see414

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see245

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see222

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see200

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see198

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see195

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see195

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see190

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see189

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see187

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see185

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see182

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see179

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see178

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see177

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see176

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see176

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see165

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri