Yapon cüdo ulduzları Bakıda tatamiyə çıxacaq FOTO
Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yaponiyanın olimpiya və dünya çempionu olmuş cüdoçuları Bakıda keçiriləcək "Böyük Dəbilqə"də çıxış edəcəklər.
Demokrat.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Qadınlar arasında olimpiya, üçqat dünya çempionu Natsumi Çunoda (48 kq), olimpiya və dördqat dünya çempionu Uta Abe (52 kq) tatamiyə çıxacaqlar.
Kişilərdə olimpiya və dünya mükafatçısı Ryuju Naqayama (60 kq), dünya mükafatçısı Tatsuki İşihara (73 kq), olimpiya və dünya mükafatçısı Sanşiro Murao (90 kq) mübarizə aparacaq.
Həmçinin ikiqat Olimpiya və üçqat dünya çempionu Ono Şoheyinin də məşqçi kimi Yaponiya nümayəndə heyətinin tərkibində Bakıya gələcəyi gözlənilir. Ümumilikdə Yaponiya Bakıdakı turnirdə 19 idmançı ilə təmsil olunacaq.
Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 14-16-sı aralığında Milli Gimnastika Arenasında baş tutacaq.

Bu mövzuda digər xəbərlər:Fransa millisi Bakıda məşqə çıxacaq
14 Noyabr 2025 12:18
Avropa çempionatı: İlk gündə 5 cüdoçumuz tatamiyə çıxacaq
23 Aprel 2025 10:46
Benfika Bakıda oyuna məşq etmədən çıxacaq
19 Noyabr 2025 16:57
Dünya ulduzları Efes Antik Teatrında səhnəyə çıxacaq
18 İyun 2025 15:45
Fatih Terim Bakıda jurnalistlərin önünə çıxacaq İdmanXəbər
15 Noyabr 2024 16:44
Baxış sayı:118
Bu xəbər 05 Fevral 2025 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















