Icma.az
close
up
RU
Dünya gündəmini ölümü ilə zəbt edən “El Menço“ kimdir? FOTO

Dünya gündəmini ölümü ilə zəbt edən “El Menço“ kimdir? FOTO

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Planetin ən çox axtarılan "Xalisko Yeni Nəsil" narkokartelinin "El Menço" ləqəbli liderinin məhv edilməsi xəbəri dünya gündəmini zəbt edib. Hərbi əməliyyatlarla zərərsizləşdirilən narkobaron, əslində, kimdir? Necə oldu ki, keçmiş bələdiyyə polisi olan El Menço Pablo Eskobar və "El Çapo" Quzman ilə müqayisəolunan bir narkotik baronuna çevrildi?

Moderator.az-ın xəbərinə görə, "Hürriyet" nəşri narkobaron haqqında maraqlı faktları dərc edib.

Qeyd olunub ki, əsl adı Nemesio Ruben Osequera Servantes olan "El Menço" 1966-cı ildə Miçoakan ştatının Akvililya şəhərində anadan olub. Fəaliyyətinə narkotikin qanunsuz becərilməsi ilə başlayan Osequeranın kriminal karyerası ABŞ-yə mühacirət etdikdən sonra başlayıb. Ancaq ABŞ-də törətdiyi cinayətlərə görə bir neçə dəfə həbs edildikdən sonra o, yenidən Meksikaya deportasiya edilib.

Məqalədə bildirilir ki, vətəninə qayıdandan sonra Osequera bələdiyyə polisi vəzifəsində çalışıb. Lakin çox keçmədən mütəşəkkil cinayətkar qruplaşmalara qoşulub. Əvvəlcə "Milenio" karteli daxilində fəaliyyət göstərsə də, 2010-cu ildə "Xalisko Yeni Nəsil” kartelini qurub. Onun rəhbərliyi altında "Xalisko Yeni Nəsil" qrupu sintetik narkotik ticarətində ixtisaslaşaraq ABŞ-də ən böyük fentanil təchizatçısına çevrilib.

"Xalisko Yeni Nəsil" təşkilatı ABŞ tərəfindən "xarici terror təşkilatı" kimi tanınıb. Bundan başqa, ABŞ-nin Narkotiklərlə Mübarizə İdarəsinin rəsmiləri "El Menço"nun təhlükə səviyyəsini Pablo Eskobarla müqayisə edərək, onun tutulmasına görə 15 milyon dollar mükafat təklif edib.

Məlumata görə, kartel lideri Nemesio Osequera təkcə 15 ildə Meksikanın 25-dən çox əyalətində, dünyanın isə 40-dan çox ölkəsində aktiv qrupları olan cinayətkar imperiya qurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:418
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Fevral 2026 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri