Icma.az
close
up
RU
Dünya hələ də münaqişələri həll edir, Azərbaycan isə nöqtə qoydu Deputat

Dünya hələ də münaqişələri həll edir, Azərbaycan isə nöqtə qoydu Deputat

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Dünən Prezident İlham Əliyev Ağdərənin Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşdə olub. Görüş zamanı İlham Əliyev bildirib ki, son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb.

Dövlətimizin başçısı əlavə edib: "Müharibələr olub, münaqişələr olub, bu gün də davam edir. Amma heç biri tam və mütləq Qələbə ilə nəticələnməyib. Ancaq biz böyük xalq olaraq buna nail olduq, özü də cəmi 44 gün ərzində. Ondan sonra da bir gün ərzində”.

Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, prezident Ağdərəyə səfəri zamanı bir daha həm “Böyük Qayıdış”, həm tarixi zəfərimiz, onun necə əldə olunması, həm də hazırkı sülh prosesi ilə bağlı mövqeyini açıqladı və olduqca maraqlı bir məqamın üzərində xüsusi dayandı:

"O qeyd etdi ki, beynəlxalq münasibətlər sistemində, dövlətlərarası münasibətlərdə son 80 il ərzində Azərbaycan kimi tam və mütləq qələbə qazanan ikinci ölkə olmayıb. Hərçənd ki, bir çox dövlətlər buna can atıb, belə bir nəticə əldə etmək istəyib, lakin buna nail ola bilməyiblər. Məsələ ondadır ki, siyasi keçmiş və konfliktlərin qismən oxşarlığı baxımından postsovet məkanında da bənzər hadisələr yaşanıb. Ancaq onların heç biri nəticə etibarilə Azərbaycanın əldə etdiyi qələbə və zəfər səviyyəsinə çatmayıb. Həmin problemlərin böyük əksəriyyəti bu gün də qalmaqdadır. Ümumilikdə dünya siyasətinə baxdıqda da Yaxın Şərqdə, Balkanlarda, Afrikada və dünyanın digər bölgələrində müxtəlif münaqişələrin hələ də həll olunmadığını görürük. Bu münaqişələr ya dondurulur, ya siyasi müstəviyə keçirilir, ya da haqsızlıq və hüquqsuzluq davam edir".

Millət vəkilinin sözlərinə görə,  Azərbaycan 44 günlük müharibə ilə təkcə hərbi-siyasi müstəvidə presedent yaratmadı, eyni zamanda konfliktologiya tarixində münaqişələrin necə ədalətli və beynəlxalq hüquqa uyğun şəkildə həll olunmasının real təcrübəsini ortaya qoydu.

"Dünyada müxtəlif xarakterli çoxsaylı konfliktlər mövcuddur: etnik, sosial, ideoloji və digər əlamətlərə görə. Məhz buna görə də konfliktologiya adlı ayrıca bir elm sahəsi formalaşıb. Bu elm konfliktləri araşdırır və onların həlli yollarını öyrənir. Mənə elə gəlir ki, Azərbaycanın 100 ildən artıq davam edən bu münaqişəni – yəni 1923-cü ildə Azərbaycan ərazisində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasından bu günə qədər uzanan konflikti – necə birdəfəlik, sülhə aparan yol ilə və minimum itkilərlə həll etməsi konfliktologiya elmi üçün ayrıca bir təcrübə kimi öyrənilə bilər. Bu, hər şeydən əvvəl Azərbaycanın böyük tarixi nailiyyəti və uğurudur. Eyni zamanda düzgün siyasi qərarların qəbul edilməsi, onların beynəlxalq hüquqa uyğun icrası və ədalətin bərpa olunması baxımından konfliktologiya tarixinə düşə biləcək bir hadisədir. Məhz bütün bu məqamları nəzərə alaraq Azərbaycan Prezidenti qeyd etdi ki, dünyada çoxsaylı konfliktlər mövcuddur, lakin onların heç biri indiyə qədər Azərbaycanın bu münaqişəni həll etdiyi kimi həll edilməyib", - deyə Hikmət Babaoğlu yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Yanvar 2026 21:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri