Icma.az
close
up
RU
Dünya İqtisadi Forumunun 4Sİ Mərkəzləri Şəbəkəsinin “Təsir Hesabatı” dərc olunub AZƏRTAC

Dünya İqtisadi Forumunun 4Sİ Mərkəzləri Şəbəkəsinin “Təsir Hesabatı” dərc olunub AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 24 yanvar, AZƏRTAC

Davos Forumu çərçivəsində dərc olunan Dünya İqtisadi Forumunun “Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin 2023-2024-cü illər Təsir Hesabatı”nda Şəbəkəyə üzv olan mərkəzlərin süni intellekt, enerji keçidi, biotexnologiya və rəqəmsal iqtisadiyyat üzrə fəaliyyəti qiymətləndirilib.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) fəaliyyəti sənəddə xüsusi qeyd edilib. Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarovun və 4SİM-in icraçı direktoru Fariz Cəfərovun 4SİM-in təşəbbüslərə dair fikirlərinə yer verilib.

Hesabatda 4SİM-in DİF-in Enerji və Materiallar Mərkəzi ilə birgə həyata keçirdiyi “Enerjidə süni intellekt həlləri” layihəsi çərçivəsində enerji sahəsində süni intellektin tətbiqi üzrə qlobal həll konsepsiyaları hazırlandığı bildirilib. Bu istiqamətdə yerli ekspertlərlə sorğular keçirilərək 40 həll konsepti hazırlanıb.

Qeyd edək ki, artıq bu həll konseptlərinə uyğun olaraq Azərbaycanda pilot layihənin icrasına başlanıb. Pilot layihə ağıllı sensorlar və prediktiv süni intellektin tətbiqi ilə elektrik enerjisinə qənaət olunmasını nəzərdə tutur.

Sənəddə, həmçinin bildirilir ki, 4SİM və DİF-in İnvestisiya Siyasəti və Təcrübə Platforması birgə “Azərbaycanın rəqəmsal iqtisadiyyatına investisiyaların cəlbi” adlı layihə həyata keçiriblər. Layihənin nəticələri əsasında bu istiqamətdə tövsiyələr hazırlanıb və rəqəmsal iqtisadiyyat sahəsində gələcək inkişaf istiqamətləri müəyyən edilib:

- Yerli startaplar və KOB-ların inkişafına dəstək, investisiyaya əlçatanlıq;

- Müəssisələrin rəqəmsallaşmasına dəstək;

- İnvestech alətlərinin (investisiya kalkulyatoru) inkişaf etdirilməsi.

Sənəddə qeyd olunur ki, ötən il Azərbaycanda 4SİM-in tərəfdaşlığı ilə keçirilən InMerge İnnovasiya Sammiti 5000-dən çox iştirakçı, 50-dən çox beynəlxalq investor və 150 startapı bir araya gətirərək ölkənin innovasiya ekosisteminin inkişafına töhfə verib.

Qeyd edək ki, 4SİM Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 yanvar tarixli Fərmanı ilə yaradılıb. 4SİM DİF-in mövcud olan 21 mərkəzindən biridir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Yanvar 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri