Icma.az
close
up
RU
Trampın İlham Əliyevə ünvanladığı son məktub münasibətlərin bugünkü səviyyəsindən xəbər verir

Trampın İlham Əliyevə ünvanladığı son məktub münasibətlərin bugünkü səviyyəsindən xəbər verir

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə məktub ünvanlayıb. Amerika lideri Nobel Sülh Mükafatına onun namizədliyini irəli sürmək üçün İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın birgə məktubuna görə təşəkkür edib.

Trampın Azərbaycan liderinə məktubunu dəyərləndirən Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Redaktor.az-a bildirdi ki, Azərbaycanla Birləşmiş Ştatlar arasındakı münasibətlər Tramp dönəmindən sonra müsbətə doğru dəyişməyə başlayıb:

"Təbii ki, bu təsadüfi deyil və Azərbaycan Prezidentinin hələ Birləşmiş Ştatlardakı seçkidən əvvəl verdiyi açıqlamalar və atdığı addımlar iki ölkə arasındakı münasibətlərin inkişafına səbəb oldu. Bayden dönəmində isə Amerika ilə Azərbaycan arasında kifayət qədər gərgin münasibət mövcud idi. Bayden birmənalı olaraq Ermənistana dəstək verir və sülh danışıqları prosesini pozmağa yönəlmiş addımlar atırdı. O zamankı dövlət katibi Blinkenin açıqlamaları və Azərbaycana qarşı təzyiq xarakterli addımları iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirmişdi".

Onun sözlərinə görə, Azərbaycan müstəqil mövqeyini prinsipcə müdafiə etdi və uzaqgörən siyasət yürüdüldü:

"Tramp dönəmində isə münasibətlərin inkişafı başladı və Amerika-Azərbaycan münasibətlərində dönüş nöqtəsi yarandı. Bunun məntiqi nəticəsi olaraq Vaşinqton Bəyannaməsinin imzalanmasına nail olundu. Beləliklə, ilkin sülh sazişi imzalandı və yekun sülh sazişinin imzalanması üçün zəmin yarandı. Bilirsiniz ki, Tramp ilə Prezident İlham Əliyev arasında müsbət münasibətlər mövcuddur. İki ölkə liderləri arasındakı münasibətlər dövlətlərarası əlaqələrə də ciddi təsir göstərir. Trampın Prezident İlham Əliyev haqqında yüksək fikirdə olması, onun fəaliyyətinə önəm verməsi və bunu dəfələrlə bildirməsi ABŞ-nin Azərbaycana münasibətinə və iki ölkə arasındakı əlaqələrin perspektivinə işarədir. Ona görə hesab edirəm ki, Trampın dəfələrlə Prezident İlham Əliyevdən sitat gətirməsi və ona ünvanladığı son məktub iki ölkə arasındakı münasibətlərin bugünkü səviyyəsindən və gələcək perspektivindən xəbər verir".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Dekabr 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri